• cümə axşamı, 25 aprel, 19:28
  • Baku Bakı 21°C

Şair-publisist Aydın Tağıyev: Sabitliyimizə uzanan əllər suverenliyimizə, azadlığımıza yönəlib

11.07.18 11:08 626
Şair-publisist Aydın Tağıyev: Sabitliyimizə uzanan əllər suverenliyimizə, azadlığımıza yönəlib
İyulun 10-da Gəncədə baş verənlər xalqımızın birliyini pozmağa yönələn uğursuz cəhddir. Pozucu qüvvələrin məkrli niyyətlərinin qarşısı alınarkən çox təəssüf ki, iki rəşadətli polisimiz şəhid olub. Mən polisimizə əl qaldıran qatilləri lənətləyirəm. Bu gün Gəncəyə gedib həmin qəhrəman polislərimizin dəfn mərasimində iştirak edəcəyəm. Onlar bizim övladlarımızdırlar. Bizim polisimiz bizi qoruyur. Ötən gün Gəncədə bu bir daha təsdiqini tapdı. Təxribat törətməyə cəhd edənlər öz qarşılarında bizim şərəfli polisimizi gördülər. Sabitliyimizə uzanan əllər suverenliyimizə, azadlığımıza yönəlib.
Bu fikirləriAZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şabran ziyalısı, şair-publisist Aydın Tağıyev deyib.
"Burada məsələnin mahiyyəti gün kimi aydındır. Bizi istəməyən qüvvələr Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf etdiyini, dünyanın sayılıb-seçilən ölkələrindən biri olmasını heç cürə həzm edə bilmirlər. İqtisadi, siyasi yolla mübarizədə məğlub olan bu qüvvələr indi də terror, pozuculuq yolu seçiblər. Amma bu dəfə də cəhdləri boşa çıxdı, ifşa olundular. Bir daha gücümüzə bələd oldular. Allah şəhid polislərimizə rəhmət eləsin. Onlar bizim qəhrəmanlarımızdır”, - deyə Aydın Tağıyev bildirib.
Aydın Tağıyev vətəndaşlarımızı belə hadisələrə sərt mövqe bildirməyə, həmişə qətiyyəti, dövlətə sədaqəti ilə seçilən polisimizin yanında olmaqla ölkəmizdə xalq-iqtidar birliyinin sarsılmazlığını bütün dünyaya göstərməyə çağırıb.
banner

Oxşar Xəbərlər