• cümə, 29 Mart, 19:15
  • Baku Bakı 14°C

Şahzadə Donald Trampın bəyanatı ilə razılaşmır

06.10.18 16:31 533
Şahzadə Donald Trampın bəyanatı ilə razılaşmır
Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əl Səud ölkəsinin Amerika dəstəyindən asılı olması barədə ABŞ Prezidenti Donald Trampın bəyanatını düzgün hesab etmir.
AZƏRTACInterfax informasiya agentliyinə istinadla xəbər verir ki, şahzadə Səudiyyə Ərəbistanının ABŞ-ın köməyi olmadan iki həftədən çox davam gətirə bilməyəcəyi barədə iddiasının düzgün olmadığını deyib.
"Prezident Barak Obama 8 il ərzində Səudiyyə Ərəbistanı və ümumilikdə bütün Yaxın Şərqin əleyhinə fəaliyyət göstərsə də, biz öz maraqlarımızı qoruya bildik”, - deyə o bildirib.
Məhəmməd bin Salman Əl Səud, həmçinin təhlükəsizliyinin təmin olunması üçün Trampın krala pul ödəmək tələbini də tənqid edib: "Biz hesab edirik ki, Birləşmiş Ştatlardan aldığımız bütün silahların pulunu ödəmişik, onlar bizə havayı çatmayıb”.
Qeyd edək ki, ABŞ 2018-ci maliyyə ilində silah satışına dair ən böyük sazişi Səudiyyə Ərəbistanı ilə bağlayıb. Bu ölkə Birləşmiş Ştatlardan 15 milyard dollar dəyərində THAAD zenit-raket kompleksi alıb.
ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl kral Salman bin Əbdüləziz Al Səudu krallığın müdafiə xərclərini artırmağa çağırmışdı. O, həmçinin ABŞ-ın köməyi olmadan Səudiyyə Ərəbistanının iki həftədən artıq davam gətirə bilməyəcəyini və bunun üçün pul ödəmək lazım gəldiyini bildirmişdi.
banner

Oxşar Xəbərlər