• cümə, 29 Mart, 08:55
  • Baku Bakı 5°C

Şahmatçımız beynəlxalq festivalın növbəti turunda da məğlub olub

25.07.20 13:45 1009
Şahmatçımız beynəlxalq festivalın növbəti turunda da məğlub olub
İsveçrənin Bil şəhərində şahmatın klassik, blits və rapid növləri üzrə 53-cü beynəlxalq festivalı davam edir.
AZƏRTACxəbər verir ki, iyulun 24-də Azərbaycan təmsilçisi Arkadi Naydiçin də mübarizə apardığı klassik şahmat üzrə turnirin dördüncü turunun oyunları keçirilib. A.Naydiç növbəti turda polşalı Radoslav Voytaşekə məğlub olub.
Hazırda təmsilçimiz ümumi nəticədə 10,5 xalla beşinci sırada qərarlaşıb. Onun rəqibi olan polşalı şahmatçı isə 20,5 xalla liderdir.
Klassik şahmat yarışı iyulun 29-dək davam edəcək. Blits turniri isə iyulun 25-də təşkil olunacaq.
banner

Oxşar Xəbərlər