• cümə, 29 Mart, 03:58
  • Baku Bakı 7°C

Şahmatçımız beynəlxalq festivalda daha bir turu qələbə ilə başa vurdu

29.07.20 10:45 1025
Şahmatçımız beynəlxalq festivalda daha bir turu qələbə ilə başa vurdu
İsveçrənin Bil şəhərində şahmat üzrə 53-cü beynəlxalq festival davam edir.
Trend-in məlumatına görə, Azərbaycan təmsilçisi Arkadi Naydiç klassik şahmat üzrə turnirin 6-cı turunda ispaniyalı David Antona qalib gəlib. Bununla da xallarının sayını 22,5-ə çatdıran şahmatçımız 5-ci yerə yüksəlib.
Qeyd edək ki, turnirin favoriti polşalı şahmatçı Radoslav Voytaşekdir. Onun aktivində 33 xal var.
banner

Oxşar Xəbərlər