• çərşənbə, 17 Aprel, 03:15
  • Baku Bakı 14°C

Şahmat üzrə Azərbaycan yığmaları ilə görüş keçirilib

31.08.16 17:13 1164
Şahmat üzrə Azərbaycan yığmaları ilə görüş keçirilib
Baş nazirin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Gənclər və İdman naziri Azad Rəhimov, Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru, Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yarışın keçiriləcəyi Bakı Kristal Zalında olublar. Arenada yaradılan şəraitlə tanış olan rəsmilər kompleksin 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazır olduğunu bildiriblər.
Sonra Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan yığmaları ilə görüş keçirilib.
Qeyd edək ki, Azərbaycan olimpiadada həm kişilər, həm də qadınların yarışında 3 komanda ilə təmsil olunur.
banner

Oxşar Xəbərlər