• çərşənbə, 24 Aprel, 09:51
  • Baku Bakı 13°C

Şahin Mustafayev Peterburqa gedir

21.05.14 14:13 1307
Şahin Mustafayev Peterburqa gedir
İqtisadiyyat və sənaye nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti bu şəhərdə keçiriləcək Beynəlxalq İqtisadi Forumda iştirak edəcək
22-24 may tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində XVIII Beynəlxalq Peterburq İqtisadi Forumu keçiriləcək. Tədbirdə müxtəlif ölkələrin 6 mindən çox siyasi və biznes dairələrinin nümayəndələrinin iştirakı gözlənilir. Tədbir çərçivəsində qlobal biznes liderlərinin sammiti, eləcə də “İnkişafın stimullaşdırılması üçün risklərin idarə olunması”, “Rusiyanın rəqabət potensialının açıqlanması”, “Yeni texnologiyaların idarə olunması və dəyişikliklərə uyğunlaşma” mövzularında panel sessiyalar, dəyirmi masalar, teledebatlar və brifinqlər keçiriləcək. İqtisadiyyat və sənaye nazirliyinin mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, bu tədbirdə Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.
Xatırladaq ki, 1997-ci ildən başlayaraq keçirilən Beynəlxalq Peterburq İqtisadi Forumu biznes sahəsində dünyanın nüfuzlu tədbirlərindəndir. Hər il 60-dan çox ölkənin dövlət, biznes və elm dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən forumda dünya iqtisadiyyatı, maliyyə sistemi, yeni texnologiyalar, biznes modelləri və sair məsələlər ətrafında müzakirələr aparılır.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər