AZE | RUS | ENG |

Şahin Mustafayev: İsveçrəyə şərab ixracı üçün böyük potensial var

Şahin Mustafayev: İsveçrəyə şərab ixracı üçün böyük potensial var
Azərbaycandan İsveçrəyə şərab ixracı üçün böyük potensial var.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, İsveçrəyə ən böyük həcmdə qızıl ixrac edirik, həmçinin fındıq ixracı həyata keçirilir. Hesab edirik ki, şərab ixracı üçün də potensial böyükdür. Biz fındıq üzrə dünyada üçüncü ixracatçıyıq. Lakin İsveçrəyə cəmi 40 ton fındıq ixrac olunub. Bu rəqəm dəfələrlə artıq ola bilər. Bu yaxınlarda ölkəmizin fındıq ixracatçılarının İsveçrəyə ixrac missiyası təşkil olunmuşdu. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi hesabına göstəriciləri artıra bilərik.

Azərbaycan-İsveçrə əlaqələrinin uğurla inkişaf etdiyini deyən nazir qeyd edib ki, bu ilin ilk beş ayında Azərbaycan ilə İsveçrə arasında ticarət dövriyyəsi 82 faiz artıb. İsveçrə Azərbaycanın qeyri-neft sektoruna 730 milyon dollar, Azərbaycan isə İsveçrəyə 1,2 milyard dollar investisiya yatırıb. Eyni zamanda, Azərbaycanın İsveçrəyə ixracı 43 faiz artıb. Qeyri-neft məhsullarının ixracında İsveçrə ön sıralardadır. Azərbaycanda İsveçrənin "Holcim" şirkəti sement istehsalı ilə məşğul olur. Eyni zamanda, Sumqayıt Kimya Sənaye Parkının rezidenti, bu gün baxış keçirəcəyimiz tikinti materialının istehsalı ilə məşğul olan zavod bu yaxınlarda açılacaq. Həmçinin dərman avadanlıqlarının idxalı sahəsində İsveçrə ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur. Hesab edirik ki, Azərbaycan-İsveçrə əlaqələrinin inkişafı üçün kifayət qədər istifadə olunmamış potensial var. Bu potensialdan istifadə edərək şirkətlər arasında əlaqələr genişlənə bilər.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6504
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6131
SEK 1 İsveç kronu 0.1908
EUR 1 Avro 1.9876
CHF 1 İsveçrə frankı 1.7667
USD 1 ABŞ dolları 1.7000