• cümə axşamı, 25 aprel, 02:12
  • Baku Bakı 19°C

Şahin Mustafayev Bosniya və Herseqovinanın xarici işlər naziri ilə görüşüb

29.04.14 15:27 1270
Şahin Mustafayev Bosniya və Herseqovinanın xarici işlər naziri ilə görüşüb
İqtisadiyyat və sənaye naziri (İSN) Şahin Mustafayev Bakıda keçirilən İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya ilə görüşüb. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, görüşdə ölkələrimiz arasında iqtisadi, humanitar və digər sahələrdə mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsi aparılıb.
Ş.Mustafayev Azərbaycanla Bosniya və Herseqovina arasında əlaqələrin inkişaf etdiyini, ölkələrimiz arasında əməkdaşlığın dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını qeyd edib. Bildirib ki, Bosniya və Herseqovina nümayəndə heyətinin Azərbaycana növbəti səfəri də əməkdaşlığın inkişafına töhfə verəcəkdir. Vurğulanıb ki, Bosniya və Herseqovina Parlamenti Xocalı faciəsinin azərbaycanlılara qarşı soyqırımı kimi tanınması haqqında qətnamə qəbul edib, Sarayevoda Xocalı faciəsinin qurbanlarına abidə ucaldılıb. Ölkələrimiz arasında humanitar sahədə həyata keçirilən layihələrin xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişafına xidmət etdiyini qeyd edən Ş.Mustafayev bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulayıb, Sarayevoda Fondun dəstəyi ilə əsaslı şəkildə yenidən qurulan əlil kor və məhdud görmə qabiliyyətli uşaq və gənclər üçün mərkəzin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Görüşdə qeyd edilib ki, iki ölkə arasında müqavilə-hüquqi bazanın olması iqtisadi əlaqələrin daha da inkişafına, müxtəlif layihələrin həyata keçirilməsinə imkan verir və perspektivdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial vardır.
Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya Azərbaycan-Bosniya və Herseqovina əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini vurğulayıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər