• cümə, 29 Mart, 18:53
  • Baku Bakı 14°C

Şahin Diniyev “Rəvan” klubunun baş məşqçisi təyin edilib

07.10.13 15:49 1394
Şahin Diniyev “Rəvan” klubunun baş məşqçisi təyin edilib
“Rəvan” klubunun baş məşqçisinin kimliyinə rəsmən aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının sabiq çalışdırıcısı Şahin Diniyev paytaxt təmsilçisinin “sükanı arxasına” keçib.
Artıq onunla müqavilə də imzalanıb.
Diniyev Vladislav Qədirovun istefasından sonra boş qalan baş məşqçi postuna yiyələnib. Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının 9 turundan sonra 9-cu olan klubu bu vəziyyətdən çıxarmalıdır.
Klubla müqavilə imzaladıqdan sonra Diniyev apasport.az saytına açıqlamasında yaxın günlərdə mətbuat konfransında danışacağını bildirib: “Hazırda heç bir açıqlama vermək istəmirəm. Xahiş edirəm ki, məni düzgün başa düşəsiniz. Təyinatımla bağlı mətbuat konfransı keçiriləcək. Orada suallarınızı cavablandıracağam”.
banner

Oxşar Xəbərlər