• çərşənbə axşamı, 16 aprel, 23:31
  • Baku Bakı 18°C

Şahin Diniyev: “Millimiz 2 oyundan 1 xalla ayrıla bilər”

08.10.14 16:59 1319
Şahin Diniyev: “Millimiz 2 oyundan 1 xalla ayrıla bilər”
"Heç kimə sirr deyil ki, millimizi İtaliya və Xorvatiya ilə çətin oyunlar gözləyir. Qrupun aşkar favoriti olan komandalarla görüşlərdə millinin xal qazanması real görünmür. Hər iki komandanın futbolçuları ustalıq, təcrübə və digər məqamlarda oyunçularımızdan üstündür. Ancaq mümkünsüz heç nə yoxdur. Komandamız əzmkar, döyüşkən oyun sərgiləyərsə, bu görüşlərdən 1 xalla ayrıla bilər. Düşünürəm ki, iki oyuna qazanılacaq 1 xal bizim üçün yaxşı nəticə sayılmalıdır”. “Komanda.az”-ın xəbərinə görə, bunu təcrübəli mütəxəssis Şahin Diniyev deyib.
Millimizin AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliya, dörd gün sonra isə Xorvatiya ilə keçirəcəkləri oyunlar haqda danışan Diniyev bunları əlavə edib: “Millinin potensialı üçüncü pillə uğrunda mübarizə aparmağa imkan vermir. Yığmamız Malta ilə qrup sonuncusu olmamaq üçün mübarizə aparacaq. Qrupda komandaları üç yerə ayırmaq olar. İtaliya və Xorvatiya ilk iki yer uğrunda mübarizə aparacaq. Bolqarıstanla Norveç üçüncü pillə üçün yarışacaq. Malta və Azərbaycan isə qrup sonuncusu olmamaq üçün çalışacaq. Qrupda real vəziyyət budur".
banner

Oxşar Xəbərlər