• cümə axşamı, 28 mart, 20:19
  • Baku Bakı 13°C

“Sahil”də yanğın söndürüldü - Yenilənib

12.03.14 09:55 1233
“Sahil”də yanğın söndürüldü - Yenilənib
11:55
Bakıda “Sahil” Ticarət Mərkəzinin yerləşdiyi çoxmərtəbəli binada baş verən yanğın söndürülüb.
Bu barədə APA-ya fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib. Nazir müavini yanğın nəticəsində xəsarət alan olmadığını açıqlayıb.
E. Mirzəyev deyib ki, yanğının gec söndürülməsinə FHN-in yanğınsöndürən maşınlarının avtomobil sıxlığına görə hadisə yerinə daxil ola bilməməsi səbəb olub.
Nazir müavini, yanğın baş verən binada qalanların olması barədə yayılan məlumatları təkzib edib.
Qeyd edək ki, alov söndürülsə də, hazırda tüstülənmə davam edir. Bunun qarşısını almaq üçün tədbirlər görülür.
Hadisə yerində FHN-in qərargahı yaradılıb. Qərargahda yanğın barədə operativ məlumatlar verilir. Qərargahda eyni zamanda ehtiyacı olan insanlara su və ayran paylanır.
“Sahil” Metro Stansiyasının girişi-çıxışı bağlıdır. Stansiyaya su dolduğu bildirilir.
----------
11:02
Bakıda “Sahil” Ticarət Mərkəzinin yerləşdiyi çoxmərtəbəli binada yanğın davam edir.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın 2 və 3-cü mərtəbələri əhatə edir.
“Sahil” metrosunun girişi və çıxışı bağlanıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşınlar cəlb olunub. Güclü alovun qarşısını almaq üçün tədbirlər görülür.
Əraziyə təcili tibbi yardım maşınları da cəlb olunub. Xəsarət alanların olub-olmadığı məlum deyil.
Bina sakinləri, “Sahil” Ticarət Mərkəzində çalışan şəxslər evakuasiya olunub. Yaxınlıqdakı binaların sakinləri də evakuasiya olunub.
-------
10:26
APA-nın məlumatına görə, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.
Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.
banner

Oxşar Xəbərlər