AZE | RUS | ENG |


Avqustun 20-dən “Sahil” metro stansiyası bağlanacaq

Avqustun 20-dən “Sahil” metro stansiyası bağlanacaq
Bakı Metropolitenin 1967-ci ildə istismara verilən ilk 5 stansiyasından biri olan "Sahil” stansiyasında eskalatorların istismar müddəti başa çatıb və onların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb.
 
Bunu "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı sərəncamı ilə təsdiq olunmuş Bakı metropoliteninin inkişafına dair Dövlət Proqramında stansiyaların yenidən qurulması, əsaslı təmiri və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması nəzərdə tutulub. Dövlət proqramına uyğun olaraq, "Sahil stansiyasında aparılacaq əsaslı təmir müddətində quraşdırılmış "LT-3” tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "ThyssenKrupp Fahrtreppe” şirkətinin "Viktoriya” tipli 4 eskalatoru quraşdırılacaq.
 
Qeyd edək ki, buna qədər "28 May” stansiyasında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun əvəzinə onların yeni tipli 4 analoqu quraşdırılmışdı. "Sahil” stansiyasında quraşdırılacaq eskalator əvvəlki nəsil eskalatorlardan bir çox üstünlükləri ilə fərqlənəcək.
 
Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər  çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək.
 
"Eskalatorların yenisi ilə əvəzlənəcəyi və əsaslı təmir işlərinin yerinə yetiriləcəyi müddət ərzində, birçıxışlı olduğu üçün, "Sahil” stansiyasının bağlanması zərurəti yaranıb.
 
Qeyd edilənləri nəzərə alaraq, "Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə çatdırır ki, "Sahil” stansiyası 20.08.2017-ci il tarixindən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq və qatarlar bu stansiyada dayanmadan "İçərişəhər” və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.
 
Əsaslı təmirin aparıldığı müddət ərzində sərnişinlərdən getdikləri ünvanı əvvəlcədən nəzərə alaraq, metronun "Sahil” stansiyasına yaxın olan "İçərişəhər” və "28 May” stansiyalarının xidmətindən istifadə etmələri xahiş olunur, - deyə məlumatda vurğulanıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008