• cümə axşamı, 28 mart, 13:45
  • Baku Bakı 16°C

«Sahil» bağında qələbə mitinqi - fotolar

09.10.13 19:53 1650
«Sahil» bağında qələbə mitinqi - fotolar
Səsvermə prosesi başa çatdıqdan sonra Yeni Azərbaycan Partiyasının üzvləri paytaxt küçələrinə çıxıblar. Üzərlərində Yeni Azərbaycan Partiyası və dövlət bayrağı olan avtomobil karvanı Bakının mərkəzi küçə və prospektlərinə qələbə sevincini qeyd ediblər.
Eyni zamanda partiyanın qarşısındakı «Sahil» bağında da qələbə mitinqi keçirilib. Mitinqdə çıxış edən partiyanın sədr müavini, icra katibi Əli Əhmədov deyib ki, bu gün Azərbaycan xalqı qələbə qazandı.
O bildirib ki, Azərbaycan xalqı gələcəyinə səs verərək İlham Əliyev qalib etdi: "Bununla da Azərbaycan xalqı növbəti inkişaf yolunu seçdi".
Sonra konsert Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə davam etdirilib.

banner

Oxşar Xəbərlər