• cümə, 29 Mart, 03:19
  • Baku Bakı 7°C

Şahidlər məhkəməyə məcburi gətiriləcək

03.05.18 12:40 1007
Şahidlər məhkəməyə məcburi gətiriləcək
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmişRabitə və Yüksək Texnologiyalar Nazirliyinin Göyçay Telekommunikasiya Qovşağının müdiri İslam Əliyev və baş mühasibi Soltanəli Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə bəzi şahidlərin məhkəməyə gəlmədiyi məlum olub.
Məhkəmə onların barəsində məcburi gətirilmə qərarı çıxarıb.
Proses mayın 17-də davam etdiriləcək.
İttihama görə, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən istifadə edərək, tikinti materiallarının ayrılması üçün nazirliyə ayrılmış 3 milyon 245 min 598 manat məbləğində vəsaiti mənimsəyərək, öz ehtiyaclarını ödəməyə sərf ediblər.
Təqsirləndirilən şəxslərin işi keçmişRabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və "Aztelekom” MMC-nin keçmiş baş direktoru Məmməd Məmmədovun cinayət işindən ayrılıb.
İttihamda göstərilən məbləğ onlar tərəfindən ödənildiyindən, hazırkı təqsirləndirilən şəxslərə qarşı yalnız 97 min manat məbləğində mülki iddia qaldırılıb.
Təqsirləndirilən şəxslər barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
banner

Oxşar Xəbərlər