AZE | RUS | ENG |


Şahid: “MTN əməkdaşları silahı başıma dirədi”

Şahid: “MTN əməkdaşları silahı başıma dirədi”
Bakı Hərbi Məhkəməsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almış Milli Təhlükəsizlik NazirliyiBaş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
APA-nın məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin qardaşı Əziz Əzizov şahid ifadəsi verib. O bildirib 2012-ci il aprelin əvvəllərində qardaşının həyat yoldaşı Təranə ona zəng edərək, qardaşı Vidadinin tutulduğunu deyib. Vidadi Əzizov həmin gün evə qayıdıb və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldığını, onun bankdan götürdüyü pulun 670 min manatını aldıqlarını, sonradan  300 min manatını qaytardıqlarını söyləyib: "Bir neçə gün sonra qardaşım dedi ki, ondan əl çəkmirlər və yüz min manat da tələb edirlər. Biz də 40 min manat düzəldib verdik”.
 
İclasda M. Əsgərovla zərərçəkmiş tərəf arasında mübahisə baş verib. Hakim ona səbirli olmağı məsləhət bilib. Bu zaman Mirəziz Əsgərov artıq dözə bilmədiyini deyib. O, bildirib ki, şər-böhtanla həbs edilib.
 
Şahid qismində ifadə verən Vidadi Əzizovun həyat yoldaşı Təranə Əhmədova bildirib ki, həyat yoldaşı ilə bankdan pul götürüblər. Maşına oturarkən maskalı şəxslər onlara hücum edib: "Onlardan biri silahı başıma dirədi, susmağımı tələb etdi. Silahı başıma dirəyən şəxsi heç vaxt bağışlamayacağam. Onlar əlimdə olan telefonu da aldılar. Sonra Vidadini apardılar”.
 
Şahidin ifadəsinə arayış verən Mirəziz Əsgərov bildirib ki, rəsmi qaydada Vidadi Əzizov üç gün əvvəldən izlənilib: "Bu şəxslərin xaricdən gələn pullardan xəbəri olub. Evdə də bunun söhbəti olub. Vidadi hələ qızına söz verib ki, pul xaricdən gələndən sonra ona "Porsche” avtomobil alacaq. Evdə maşının nə rəngdə alacaqları ilə bağlı sözləri də olub. Bütün bunlar dinləmə və izləmə sənədləri ilə tərtib edilib. Mən həmin sənədlərin məhkəməyə gətirilməsini istədim. Çünki orada hər şey aydın olacaq. Bu ailənin hara getməsi, kimlərlə görüşməsi foto-video çəkilişlərlə sübut olunur”.
 
Proses mayın 17-də davam edəcək.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022