• çərşənbə axşamı, 19 mart, 10:35
  • Baku Bakı 8°C

Sahibkarlıqla məşğul olan şəhid ailələrinə vergi güzəşti verilmir

20.10.18 13:00 584
Sahibkarlıqla məşğul olan şəhid ailələrinə vergi güzəşti verilmir
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəhid ailələrinə vergi güzəşti tətbiq edilirmi?
Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindənAZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən şəhid ailəsinə vergi güzəştinin verilməsi Vergi Məcəlləsində nəzərdə tutulmayıb.
Bununla belə, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna edilməklə, Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, o cümlədən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat, həmin şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manat azaldılır.
Eyni zamanda, vergi qanunvericiliyinə uyğun olaraq, bələdiyyələr öz ərazilərində vergiödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən, o cümlədən fiziki şəxsləri əmlak və torpaq vergisindən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.
banner

Oxşar Xəbərlər