• cümə, 29 Mart, 04:18
  • Baku Bakı 7°C

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanuna dəyişiklik təsdiqləndi

17.03.21 23:15 541
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanuna dəyişiklik təsdiqləndi
Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Qanunu təsdiqləyib.
Kaspi.az xəbər verir ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:
-1-ci maddədə "2021” rəqəmləri "2022” rəqəmləri ilə əvəz edilsin;
- aşağıdakı məzmunda 2.1-1-ci maddə əlavə edilsin:
"2.1-1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz.”.
Bu Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.
banner

Oxşar Xəbərlər