• cümə, 19 Aprel, 03:00
  • Baku Bakı 18°C

Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 804 minə çatıb

18.04.18 15:45 1043
Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 804 minə çatıb
Fərdi sahibkarlar 2018-ci ilin aprelin 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 804 minə yaxınlaşıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə hər altı fərdi sahibkardan beşi "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, "Ticarət; nəqliyyat vasitələrinin təmiri”, "Digər sahələrdə xidmətlərin göstərilməsi” və "Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.
Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda 29,8%, Aranda 20,7%, Gəncə - Qazaxda 14,0% və Lənkəranda 10,1% iqtisadi rayonlarında qeydiyyata alınıb.
Fərdi sahibkarların 78,5% kişilər, 21,5% isə qadınlar təşkil edib. Qadınlar "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27,0%-ni, "Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 25,6%-ni, "Ticarət, nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,7%-ni təşkil edir.
Sahibkar qadınların Bakıda 31,7%-i, Aranda 17,6%-i, Gəncə-Qazax 17,0%-i, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda 22,8%, Gəncə-Qazaxda 26,0% və Lənkəranda 22,5% iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.
banner

Oxşar Xəbərlər