• cümə, 29 Mart, 18:01
  • Baku Bakı 14°C

Sahibkarlığa verilən kreditlərə zəmanət və subsidiyalar təmin ediləcək

14.01.18 21:23 770
Sahibkarlığa verilən kreditlərə zəmanət və subsidiyalar təmin ediləcək
2018-ci ildə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətə başlaması ipoteka kreditləri ilə yanaşı, ölkədə sahibkarlığa verilən kreditlərə zəmanətlərin və subsidiyaların da verilməsini təmin edəcək.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, yeni mexanizmin tətbiqi potensial daxili maliyyə imkanlarının bazar şərtləri ilə iqtisadi artıma yönləndirilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın dəstəklənməsinə, bank sisteminin risklərinin azaldılmasına, maliyyə vəsaitlərinin dəyərinin aşağı salınmasına xidmət göstərəcək.
banner

Oxşar Xəbərlər