• cümə axşamı, 09 may, 01:19
  • Baku Bakı 15°C

Sahibkarlığa Kömək Milli Fondu investisiya layihələrinin qəbuluna başlayır

18.11.14 13:53 306
Sahibkarlığa Kömək Milli Fondu investisiya layihələrinin qəbuluna başlayır
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qax rayonunun Qorağan kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Qax rayonu üzrə sahibkarlıq subyektlərindən ixtisaslaşdırılmış “yaşıl market”in və fermer mağazalarının, çörək istehsalı və cır meşə meyvələrinin emalı müəssisələrinin, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı) yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. Əlavə məlumat üçün SKMF-nin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172 ünvanına, (012) 434-74-29, (012) 432-37-17 (Faks) əlaqə telefonlarına, həmçinin [email protected] imail adresinə müraciət etmək olar.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər