• cümə axşamı, 25 aprel, 20:50
  • Baku Bakı 21°C

Sahibkarlarımızı İrana dəvət etdilər

07.12.13 10:21 1231
Sahibkarlarımızı İrana dəvət etdilər
Gələn il İranda I Beynəlxalq süd məhsulları sənaye sərgisi keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “APA-Economics”ə verilən məlumata görə, sərgi 2014-cü ilin fevralın 14-17-də İranın Gülüstan şəhərində təşkil olunacaq.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunub. Sərgidə iştirak etmək istəyənlər İranın Azərbaycandakı səfirliyinə müraciət edə bilər.
banner

Oxşar Xəbərlər