• cümə, 19 Aprel, 16:29
  • Baku Bakı 25°C

Sahibkarlar üçün treninq keçirilib

09.10.14 18:55 1202
Sahibkarlar üçün treninq keçirilib
Masallı rayonunun Mahmudavar kəndində İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Bakı Biznes Tədris Mərkəzinin (BBTM) Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları, logistika, İSN tərəfindən göstərilən elektron xidmətlər barədə mövzuları əhatə edən treninqdə Avropa İttifaqına ixrac imkanları və bu sahədə mövcud qanunvericilik, logistikanın növləri, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması və s. barədə geniş məlumat verilib.
Bundan başqa, tədbirdə İSN tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az və www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin qəbulu və maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Treninq çərçivəsində tematik mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara BBTM tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb və onları maraqlandıran suallar cavablandırılıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər