• cümə axşamı, 25 aprel, 09:27
  • Baku Bakı 14°C

Sahibkarlar üçün növbəti treninq keçirilib

29.10.14 12:36 1028
Sahibkarlar üçün növbəti treninq keçirilib
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Bakı Biznes Tədris Mərkəzi (BBTM) tərəfindən sahibkarların maarifləndirilməsi məqsədilə keçirilən tədbirlərin davamı olaraq növbəti treninq Tovuz rayonunda təşkil edilib. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, BBTM-in Qazax nümayəndəliyinin təşkilatçılığı və Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə 20-dən çox sahibkar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar iştirak edib.
Tovuz rayonunda üzümçülüyün inkişaf perspektivləri, biznes planların və investisiya layihələrinin hazırlanması, İSN tərəfindən göstərilən elektron xidmətlər mövzularını əhatə edən treninqdə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülmüş işlər, kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, biznes planların hazırlanması, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və sair barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə həmçinin, “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Ekoloji təmiz üzüm istehsalının təşkili və inkişafı məsələləri” mövzularında təqdimatlar keçirilib, iştirakçılara metodiki vəsaitlər paylanıb və onları maraqlandıran suallar cavablandırılıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər