• cümə axşamı, 28 mart, 21:52
  • Baku Bakı 13°C

Sahibkarlar sərgiyə dəvət olunurlar

25.12.16 22:23 773
Sahibkarlar sərgiyə dəvət olunurlar
Gələn il noyabrın 23-dən 26-dək İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin V halal sərgisi keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO)AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları sərgidə iştiraka dəvət olunurlar. Sərginin əsas məqsədi halal ticarət, istehsal, standartlar və logistika sahələrində fəaliyyət göstərən sahibkarları bir yerə toplayaraq, halal sektorunun xidmət və məhsullarını təşviq etmək və bu vacib sahədə ticarət və investisiyaların artmasına kömək etməkdir.
Sərgidə təchiz olunmuş köşkün bir kvadratmetri 300 ABŞ dolları, binanın içində təchiz olunmamış boş sahənin qiyməti isə 270 dollar olacaq.
banner

Oxşar Xəbərlər