• çərşənbə, 08 May, 04:17
  • Baku Bakı 13°C

Sahibkarlar İrandakı beynəlxalq mebel sərgisinə dəvət olunublar

03.08.19 13:00 4915
Sahibkarlar İrandakı beynəlxalq mebel sərgisinə dəvət olunublar
Avqustun 6-9-da Tehranda 28-ci Beynəlxalq Mebel Sərgisi açılacaq.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK)AZƏRTAC-a bildirilib ki, İran və Azərbaycanın yüksək vəzifəli məmurlarının iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına olan istəyini nəzərə alaraq, həmçinin əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün şəraitin yaradılması məqsədilə azərbaycanlı sahibkarlar və şirkət rəhbərləri sərgidə iştiraka dəvət olunublar. Üç gecə oteldə qonaqlama, qidalanma təşkilatçı, nəqliyyat xərcləri isə iştirakçı tərəfindən ödəniləcək.
banner

Oxşar Xəbərlər