• cümə, 29 Mart, 03:20
  • Baku Bakı 7°C

Sahibkarlar Braziliya İnvestisiya Forumunda iştiraka dəvət olunurlar

23.08.19 19:06 4194
Sahibkarlar Braziliya İnvestisiya Forumunda iştiraka dəvət olunurlar
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sahibkarlara müraciət edib.
ASK-danAZƏRTAC-a bildirilib ki, oktyabrın 10-11-də San-Paulo şəhərində "Braziliya İnvestisiya Forumu 2019” keçiriləcək. Tədbirdə Braziliyada infrastruktur, sənaye, kənd təsərrüfatı və digər istiqamətlər üzrə investisiya imkanları, rəqabət mühiti, dövlət tərəfindən göstərilən dəstək və sair barədə iştirakçılara məlumat veriləcək, onlar layihələrlə tanış ediləcəklər.
Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları forumda iştiraka dəvət olunurlar. Forumda iştirak etməkdə maraqlı olanlar ASK-ya müraciət edə bilərlər.
banner

Oxşar Xəbərlər