• cümə axşamı, 18 aprel, 07:56
  • Baku Bakı 12°C

Sahibkarlar Belarusda keçiriləcək Beynəlxalq İnvestisiya Forumuna dəvət olunurlar

16.06.17 11:00 1200
Sahibkarlar Belarusda keçiriləcək Beynəlxalq İnvestisiya Forumuna dəvət olunurlar
İyunun З0-da Belarusun Bobruysk şəhərində "Uğur dəyirmanı" adlı IX Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.
AZƏRTACAzərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadla xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri və sahibkarlar adıçəkilən forumda iştiraka dəvət olunurlar.
Forum iştirakçılara regionun investisiya və innovasiya layihələrinin sərgi-təqdimatını ziyarət etmək imkanı yaradacaq. Forumun işində dünyanın 40-dan çox ölkəsinin tanınmış şirkətlərinin nümayəndələri, o cümlədən hakimiyyət orqanları, ticarət və sənaye palatasının, diplomatik korpusun təmsilçiləri iştirak edəcəklər.
Tədbir çərçivəsində "İnnovasiyalar: Elmdən istehsala", "Mədəniyyət və turizm sahəsinin inkişafı" və "Mogilyov azad iqtisadi zona" mövzularında iclaslar keçiriləcək.
banner

Oxşar Xəbərlər