• çərşənbə, 24 Aprel, 16:22
  • Baku Bakı 27°C

Sahibkara düşes və tərxun istehsalı qadağan edildi

09.07.13 10:57 2668
Sahibkara düşes və tərxun istehsalı qadağan edildi
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən Göyçay rayonu, Çəyirli kəndində yerləşən fiziki şəxs Seymur Quliyevə məxsus limonad sexində istehsal olunan məhsulların normativ sənədlərin tələblərinə uyğunluğunu araşdırmaq məqsədilə dövlət nəzarəti həyata keçirilib.
Bu barədə “APA-Economics”ə Komitənin İnformasiya Texnologiyaları və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.
Araşdırma zamanı müəyyən olunub ki, sanitariya norma və qaydalarına məhəl qoyulmadan işləyən müəssisə texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat və reseptura olmadan fəaliyyət göstərir, istehsal olunan düşes və tərxun limonadları gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunur, məhsulların sınaqlarını aparmaq üçün laboratoriya və ya hər hansısa bir laboratoriya ilə müqavilə yoxdur, məhsulların sınağı aparılmır, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlanışından keçirilməyib.
Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq qanunvericiliyin tələblərinə əsasən fiziki şəxs Seymur Quliyevə məxsus limonad sexində istehsal olunan düşes və tərxun limonad içkisinin istehsalı və satışı qadağan edilib.
banner

Oxşar Xəbərlər