• cümə axşamı, 25 aprel, 04:17
  • Baku Bakı 19°C

Sahibə Qafarova TBMM-in binasının bombalanmış hissəsi ilə tanış olub

11.09.20 19:14 628
Sahibə Qafarova TBMM-in binasının bombalanmış hissəsi ilə tanış olub
Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri çərçivəsində deputatlarımız Ankarada 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhd zamanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) inzibati binasının bombalanmış hissəsi ilə tanış olublar.
Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.
Nümayəndə heyətinə burada o dövrkü hadisələr barədə geniş məlumat verilib.


banner

Oxşar Xəbərlər