• şənbə, 20 Aprel, 14:10
  • Baku Bakı 23°C

Sahibə Qafarova ilə Qazaxıstan Parlamenti Məclisinin Sədri Dağlıq Qarabağla bağlı müzakirələr aparıb

29.09.20 16:25 484
Sahibə Qafarova ilə Qazaxıstan Parlamenti Məclisinin Sədri Dağlıq Qarabağla bağlı müzakirələr aparıb
Milli Məclisin Sədri Sahibə Qafarova ilə Qazaxıstan Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin arasında telefon danışığı olub.
Parlamentdən Trend-ə verilən məlumata görə, telefon danışığı zamanı Ermənistan tərəfindən cəbhə xəttində törədilmiş hərbi təxribatlar müzakirə olunub. Milli Məclisin Sədri deyib ki, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə məskunlaşan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilmiş təxribatdır.
S.Qafarova deyib ki, Azərbaycan Ermənistanın yeni təcavüz aktı həyata keçirməyə və müharibəyə hazırlaşdığı barədə beynəlxalq ictimaiyyətə dəfələrlə xəbərdarlıq etmişdi:"Hazırda isə Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi, dünyanın COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı şəraitdə Ermənistanın siyasi-hərbi rəhbərliyi növbəti hərbi avantüra və təxribata əl atmışdır. Ermənistan rəhbərliyi bu əməlləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirir".
Telefon danışığı zamanı Spikerlər iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq ifadə ediblər.

banner

Oxşar Xəbərlər