• cümə, 29 Mart, 09:46
  • Baku Bakı 5°C

Sahib Məmmədov: QHT-lərin seçki prosesini müşahidə etməsi ilə bağlı heç bir maneə yoxdur

30.03.18 17:17 1628
Sahib Məmmədov: QHT-lərin seçki prosesini müşahidə etməsi ilə bağlı heç bir maneə yoxdur
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun sechki-2018.az saytına müsahibəsi
- Sahib müəllim, 11 apreldə prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi mühiti necə qiymətləndirirsiniz?
- Azərbaycanda seçki hüquqları bilavasitə Konstitusiya ilə təsbit edilir. Qanunla hər kəsin seçmək və seçilmək hüququ təmin olunur. Təcrübədə də ölkədəki siyasi qüvvələrin namizədlərini irəli sürməsinə, həmçinin seçicilərin səsvermə günü məntəqələrə gedərək öz hüquqlarından istifadə etməsinə heç bir maneə yaradılmır. Seçkilərin keçirilməsində şəffaflığın təmin edilməsi üçün həm qanunverici prosedurlar, həm də praktiki işlər həyata keçirilir. Xarici təşkilatlar Azərbaycandakı yerli tərəfdaşları ilə birgə "exot-poll”lar keçirir, beynəlxalq müşahidəçilərin seçki prosesini izləməsinə heç bir məhdudiyyət qoyulmur. Bütün bunlar Azərbaycandakı seçki mühitini aydın şəkildə ifadə edir.Bildiyiniz kimi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası da artıq Azərbaycanda ilkin müşahidələrə başlayıb. Namizədlərin qeydə alınması prosesi yekunlaşıb, təbliğat-təşviqat kampaniyası həyata keçirilir. Bütün bunlar 11 aprel seçkilərinin ədalətli və şəffaf keçiriləcəyini deməyə əsas verir.Azərbaycanın seçki sahəsində formalaşmış təcrübəsi var. Müstəqilliyimiz bərpa ediləndən indiyə kimi onlarla seçki keçirilib. Seçkidən seçkiyə çatışmazlıqlar aradan qaldırılıb, seçki təcrübəsi daha da təkmilləşib. Ölkədə seçkiləri həyata keçirən ixtisaslaşmış qurum seçki prosesinin yüksək səviyyədə təşkili istiqamətində daim fəaliyyət göstərir.
- Sahib müəllim, vətəndaş cəmiyyəti institutlarının seçki prosesini izləməsi ilə bağlı hər hansı maneə qeydə alınıb?
- Bizim təşkilat son illər prezident, parlament seçkilərində və referendumda beynəlxalq tərəfdaşımız olan ABŞ-ın "Artur Filkenşteyn və Assosiasiya” şirkəti ilə birgə "exit-poll” keçirib. Heç bir maneə ilə üzləşməmişik. Dəfələrlə müşahidəçi, yaxud hansısa namizədin nümayəndəsi kimi də seçki prosesində iştirak etmişik. Vətəndaş cəmiyyəti institutlarının seçkilərin monitorinqini aparması ilə bağlı problemlər qanunvericilik səviyyəsində aradan qaldırılıb. Qeyri-Hökumət Təşkilatları seçkiləri müşahidə edə, maarifləndirmə apara və "exit-poll” keçirə bilərlər. Bununla bağlı nə qanunvericilikdə, nə də təcrübədə maneə yoxdur. 11 aprel prezident seçkilərində də beynəlxalq tərəfdaşımızla birgə "exit-poll” aparmağı düşünürük.
- "Exit-poll”arın keçirilməsi üçün yaradılan şəraitdən razısınız?
- İndiyə qədər keçirdiyimiz "exit-poll”lar zamanı maneələrlə üzləşməmişik. Respublikanın bütün seçki dairələrində "exit-poll” keçirmişik. Nə yerli icra orqanları, nə də seçkini keçirən orqan tərəfindən heç bir maneə ilə üzləşməmişik. Bu faktlar bizim tərəfdaş təşkilatın hesabatlarında da öz əksini tapıb. Əminəm ki, budəfəki seçkilərdə də belə olacaq.
banner

Oxşar Xəbərlər