AZE | RUS | ENG |

Sahələrdə quru bitki qalıqlarının yandırılması yolverilməzdir

Sahələrdə quru bitki qalıqlarının yandırılması yolverilməzdir
Taxıl sahələrində məhsul yığıldıqdan sonra kövşənliyin yandırılması yolverilməzdir. Sahələrdə quru bitki qalıqlarının yandırılması həm ekologiyaya, həm də kənd təsərrüfatına ziyan vurur.

Bunu AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının direktor əvəzi Həqiqət Həşimova bildirib. O deyib: "Yanğın zamanı orqanik maddələrin yanması və torpağın üst qatının faunasının məhv olması nəticəsində torpağın münbitliyi tamamilə aşağı düşür. Yanğında təkcə saman deyil, humus qatı da yanır. Yanan humus qatının bərpası üçün hər hektara 13 ton üzvi gübrə vermək lazımdır. Yanğın zamanı torpaq əmələgəlməsində xüsusi iştirakı olan faydalı mikroorqanizmlər, həşəratlar da məhv olur ki, onun da bərpası üçün uzun müddət lazımdır”.

H.Həşimova qeyd edib ki, samanın tərkibində çoxlu minerallar var. Bir ton saman 3-4 ton peyini əvəz edə bilər. Saman torpağın üzərini örtərək onun nəmliyini qoruyur və isti yay günlərində strukturunun pisləşməsinin qarşısını alır. Saman tədricən çürüyərək həm də torpağın humus qatını zənginləşdirir. Odur ki, taxıl biçini zamanı müasir kombaynlardan istifadə etməklə saman doğranaraq mulça şəklində sahəyə səpilməlidir.

Bölgə Təcrübə Stansiyasının direktor əvəzi kövşənlərin yandırılmasının qarşısının alınması üçün növbəli əkin sisteminin səmərəliliyini də vurğulayıb: "Fermerlərin sahələrdə samanı qoruyaraq, növbəli əkindən istifadə etmələri daha məqsədəuyğundur. Taxıl biçilmiş sahədə minimal becərmə ilə ikinci məhsul kimi kultivasiya edilə bilən bitkilər – günəbaxan, qarğıdalı, sorqo, darı əkilə bilər. Beləliklə, həm torpağın münbitliyi artmış olar, həm də fermerlər bir sahədən bir ildə iki dəfə məhsul götürməklə daha çox qazanc əldə edərlər”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000