• şənbə, 20 Aprel, 14:33
  • Baku Bakı 23°C

“Şahdəniz“də yeni pay sahibi var

13.10.14 12:58 1090
“Şahdəniz“də yeni pay sahibi var
“APA-Economics”in xəbərinə görə, bu barədə “Statoil” şirkətinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, razılaşmanın ümumi dəyəri 2,25 mlrd. ABŞ dolları təşkil edir. Aidiyyatı hökumət orqanlarının razılaşmanı 2015-ci ilin əvvəlinə ratifikasiya edəcəyi gözlənilir.
“Statoil” şirkətinin vitse-prezidenti Lars-Kristin Baxer əldə olunan razılaşmanı şərh edərkən bildirib ki, Norveç şirkəti uzun illərdir bu dəyərli layihədə iştirak edərək böyük səmərə əldə edib. Onun sözlərinə görə, şirkətin layihələrdəki payını “Petronas” şirkətinə satması şirkətin portfelini optimallaşdıracaq və şirkətin maliyyə sabitliyini gücləndirəcək.
Xatırladaq ki, “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator - 28,8%), SOCAR (16,7%), “Statoil” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
banner

Oxşar Xəbərlər