• cümə, 19 Aprel, 20:42
  • Baku Bakı 24°C

“Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişi imzalanıb

17.12.13 13:09 1589
“Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişi imzalanıb
Dünən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı imzalanıb. "Şahdəniz-2" üzrə yekun investisiya qərarını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və "Şahdəniz" üzrə Hasilatın Pay Bölgüsü Sazişi əməliyyatçısının prezidenti Qordon Birrel imzalayıblar.
"Azərbaycan Respublikası, Albaniya Respublikası, Xorvatiya Respublikası və Monteneqro arasında Cənub-Şərqi Avropada "Cənub" qaz dəhlizinin həyata keçirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycanın energetika naziri Natiq Əliyev, Albaniyanın enerji və sənaye naziri Damian Gjiknuri, Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdoljak, Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzalayıblar.
«Şahdəniz» yatağı 1999-cu ildə kəşf olunub. Azərbaycan 2006-cı ildən etibarən «Şahdəniz-1» layihəsi çərçivəsində Gürcüstan və Türkiyəyə qaz ixrac edir.
Yekun investisiya qərarı ilə paralel olaraq, ARDNŞ «Statoil» şirkətindən «Şahdəniz» və Cənubi Qafqaz Boru Kəmərində 6,7%, BP isə «Statoil»dan «Şahdəniz» və Cənubi Qafqaz Boru Kəmərində 3,3% iştirak payı alıb. Bu əməliyyatların rəsmiləşdirilməsi prosesinin 2014-cü ildə başa çatdırılması planlaşdırılır. Nəticədə, «Şahdəniz» tərəfdaşlarının payı aşağıdakı kimi olacaq: BP (operator - 28,8%), ARDNŞ (16,7%), «Statoil» (15,5%), «Total» (10%), «LUKoil» (10%), NICO (10%) və TPAO (9%).
«BOTAŞ» və BP-nin TANAP-da 2014-cü ildə başa çatması gözlənilən iştirak paylarının alınması əməliyyatından sonra TANAP tərəfdaşları bu şirkətlər olacaq: ARDNŞ, (operator - 68%), «BOTAŞ» (20%) və BP (12%).
TAP tərəfdaşları isə aşağıdakı şirkətlərdir: ARDNŞ (20%), BP (20%), «Statoil» (20%), «Fluxys» (16%), «Total» (10%), E.ON (9%) və «Axpo» (5%).
banner

Oxşar Xəbərlər