• cümə axşamı, 25 aprel, 09:57
  • Baku Bakı 14°C

"Şahdəniz-2" layihəsi üzrə işlərin 83 faizi tamamlanıb

18.11.16 14:23 1124
"Şahdəniz-2" layihəsi üzrə işlərin 83 faizi tamamlanıb
2016-cı ilin ilk üç rübü ərzində "Şahdəniz Mərhələ 2” layihəsinin tikinti işləri uğurla davam edib.
"BP Azerbaijan” şirkətindən "APA-Economics”ə verilən məlumata görə, hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla, ümumilikdə 83%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.
"Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir. Sentyabr ayında layihə mühüm bir hadisəni qeyd edib – "Şahdəniz Mərhələ 2” üçün tikilən iki platformadan birinin dayaq bloku Bakı Dərin Özüllər Zavodundan dənizdə quraşdırılmaq üçün yola salınıb. Dayaq blokunun rəsmi yola salma mərasimində Azərbaycan Prezidentiİlham Əliyeviştirak edib. Hasilat və Dikborular (HDB) platformasının dayaq blokunun daşınması, suya endirilməsi və yerləşdirilməsi işləri artıq təhlükəsiz şəkildə başa çatdırılmışdır, payaların üzərinə quraşdırılması işləri isə davam edir”, - deyə məlumatda vurğulanıb.
Məlumata əsasən, İsrafil Hüseynov boru düzən gəmisi "Şahdəniz”in şimal və qərb cinahlarındakı dörd sualtı axın xəttinin hamısının inşasını başa çatdırıb və hazırda qalan 32 düymlük qaz ixrac xətlərinin inşasını həyata keçirir. Şirkətdən bildirilib ki, bu işlər 2017-ci ilin birinci rübünədək davam edəcək: ""Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi üçün hazırlıq işləri yaxşı irəliləyir. Sentyabr ayında gəminin əsas mühərrikləri işə salınıb. Bu yeni gəmi tam hazır olduqda "Şahdəniz 2” sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək”.
2016-cı ilin üçüncü rübündə Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları olub.
banner

Oxşar Xəbərlər