• çərşənbə axşamı, 19 mart, 14:07
  • Baku Bakı 8°C

"Şahdağ" Turizm Mərkəzinə gələnlərin 68%-dən çoxu əcnəbi olub

25.09.17 19:30 949
"Şahdağ" Turizm Mərkəzinə gələnlərin 68%-dən çoxu əcnəbi olub
"Şahdağ" Turizm Mərkəzi sentyabrın 25-dən etibarən 2017-ci il yay mövsümünü bağlı elan edir.
Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sayca beşinci olan bu yay mövsümü ərzində mərkəzə üz tutan turistlərin sayı keçən yay mövsümlərindəki rəqəmləri üstələyərək 40 000-dən çox olub. Onların 68%-dən çoxunu xarici ölkələrdən olan turistlər, xarici turistlərin 83%-dən çoxunu isə ərəb ölkələrindən gələn turistlər təşkil edib.
Ümumilikdə əcnəbi qonaqların, xüsusilə Səudiyyə Ərəbistanı, BƏƏ, Oman, Küveyt və İraq kimi ölkələrdən olan qonaqların nisbətən çoxluq təşkil etdiyi bu mövsüm də bir-birindən maraqlı tədbirləri və əyləncələri ilə yadda qalıb, mərkəzdə göstərilən xidmətlərin say və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülüb, ilk dəfə olaraq çoxdan gözlənilən dağ paraşütü hesab olunan paraplan xidməti istifadəyə verilib.
Eləcə də bu mövsüm ilk dəfə olaraq uşaqlar üçün ingilis dilli "Şahdağ” Yay Düşərgəsi beynəlxalq pilot layihəsinin əsası qoyulub, 3 ay davam edən layihə çərçivəsində yay düşərgəsində Azərbaycan, Türkiyə, İran, Fransa, BƏƏ, Gürcüstan, Rusiya və Mərakeş kimi ölkələrdən 160-dan çox uşaq iştirak edib, "ASAN məktub” layihəsi ilə birlikdə təşkil edilmiş xeyriyyəçilik aksiyası nəticəsində respublikanın müxtəlif bölgələrindən aztəminatlı ailələrdən olan 25 uşağa xeyriyyə məqsədi ilə düşərgədə bir həftəlik istirahət hədiyyə edilib.
Məlum olduğu kimi, ənənəvi olaraq mərkəzdə qış mövsümünün açılışı dekabr ayının ilk ongünlüyünə təsadüf edir. Qış mövsümünün açılışına kimi isə mərkəz ərazisində 5 ulduzlu "Şahdağ Hotel və Spa” fəaliyyət göstərəcək.
banner

Oxşar Xəbərlər