• cümə, 19 Aprel, 23:58
  • Baku Bakı 24°C

"Şahdağ" turizm mərkəzinə dəmir yolu xətti çəkiləcək

09.02.18 14:20 2109
"Şahdağ" turizm mərkəzinə dəmir yolu xətti çəkiləcək
"Xaçmaz istiqamətinə olan dəmir yolu xətti yenidən inşa olunur".
"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları”nda son üç ilin yekunlarına həsr olunmuş yığıncaqda QSC sədri Cavid Qurbanov bildirib.
C. Qurbanovun sözlərinə görə, Bakı-Yalama stansiyası yenidən təmir olunacaq, buradan elektrik qatarları buraxılacaq.
"Xudat stansiyasından sola dönməklə Qusarın üzərindən keçməklə Şahdağa qədər olan yolun çəkilişi üçün layihələndirmə işlərini hazırlayırıq. Gələcək üçün isə Qəbələdə qış-istirahət mərkəzi ilə "Şahdağ" qış-istirahət mərkəzini tunel vasitəsi ilə bir-birinə birləşdirməyi düşünürük. Bir növ dairə alınacaq", - deyə C. Qurbanov əlavə edib.
banner

Oxşar Xəbərlər