AZE | RUS | ENG |

Şagirdlərin intiharı ilə bağlı baş verən halların bir neçə səbəbi var

Şagirdlərin intiharı ilə bağlı baş verən halların bir neçə səbəbi var
Son vaxtlar şagirdlərin intiharı ilə bağlı baş verən halların bir neçə səbəbi var.
Trend-in məlumatına görə, bunu "Beynəlxalq Ailə günü”nə həsr edilmiş "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Onun sözlərinə görə, bəzən ailədaxili mühit, bəzən də uşaqların psixikasının pozulması intihara səbəb olur: "Uşaqların psixikası pozulduqda artıq həkimlər bu işə qarışmalıdırlar. Bəzən görürsən ki, məktəbdə uşağa müəllimlər tərəfindən yaxşı münasibət olmur, o da intihara cəhd edir. Burada çox suallar ortaya çıxır, cəmiyyət bunların hamısını tənzimlənməlidir. Təhsil Nazirliyi olaraq biz bu məsələlərə çox həssas yanaşırıq".
F.Qurbanov deyib ki, təhsilin əsas vəzifəsi təlimlə yanaşı, tərbiyəyə diqqət yetirməkdir. Çünki bu, gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır: "Ailədaxili mühit uşaqların tərbiyəsinə təsir göstərir. Hər bir müəllim də təkcə müəllim deyil, həm də tərbiyəçi olmalıdır".

Nazir müavini əlavə edib ki, hazırda Azərbaycanda 1 milyon 600 mindən çox şagird təhsil alır. Onlara təxminən 150 min müəllim dərs keçir: "Hər məktəbdə psixoloq var. Biz onların təlimləri ilə uşaqların tərbiyəsinə təsir göstərməyə çalışırıq".



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779