AZE | RUS | ENG |

Şagirdlərin biliyi yeni qayda ilə qiymətləndiriləcək

Şagirdlərin biliyi yeni qayda ilə qiymətləndiriləcək
Təhsil Nazirliyi orta məktəb müəllimlərinə yeni tövsiyələr verib

Azərbaycan Təhsil Nazirliyi orta məktəb rəhbərlərinə və müəllimlərinə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə, yəni formativ qiymətləndirməyə valideynlərin cəlb olunmasını tövsiyə edir.

Təhsil Nazirliyinin qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Təranə Hacıyeva deyib ki, formativ qiymətləndirmədə valideynlərlə əməkdaşlıq üsuluna üstünlük vermək nəzərdə tutulur.

Onun sözlərinə görə, ənənəvi qiymətləndirmə yalnız qiymət yazmaq formasında təzahür edir və yalnız bilik qiymətləndirilirdi. Şagird bilik və bacarığına görə deyil, siniflə müqayisədə qiymətləndirilirdi. Amma yeni qiymətləndirmədə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə imkan verilir, fəaliyyəti izlənilməklə şagird dünəninə və bu gününə görə qiymətləndirilir. Yeni qiymətləndirmənin bu xüsusiyyətləri məhz formativ qiymətləndirmə ilə həyata keçirilir.

Hacıyeva deyib ki, mövcud problemlərdən biri valideynlərin formativ qiymətləndirmə ilə bağlı yaxşı məlumatlandırılmamasıdır.

Onun sözlərinə görə, kurikulumun bir neçə il tətbiq olunduğu siniflərdə təhsil alan şagirdlərin valideynləri yeni qiymətləndirmənin mahiyyətindən xəbərdardır. Amma kurikulumun yeni tətbiq olunduğu siniflərdə təhsil alan şagirdlərin valideynləri bunu tam başa düşə bilmirlər.

"İşsiz və ya qeyri-təhsil sahəsi üzrə işləyən valideyn dərsdən gəlmiş övladının gündəliyində qiymət görmədikdə təhsildəki islahatı birmənalı qarşılayır. O fikirləşir ki, bu, nə deməkdir, övladım dərsə gedir, amma onun gündəliyinə qiymət yazılmır. Buna görə də valideynlərlə bu istiqamətdə əməkdaşlıq genişləndirilməlidir", - Hacıyeva deyib.

O hesab edir ki, buna görə də valideynlər məktəbdə müəllimlər və məktəb rəhbərliyi tərəfindən yeni qiymətləndirilmə barədə məlumatlandırılmalı, onlara fənn kurikulumları barədə məlumat verilməlidir.

Nazirlik rəsmisi bildirib ki, müəllimlər valideynlərlə əməkdaşlığa üstünlük verməklə onları övladının təhsilinə cəlb etməlidirlər. Bu halda valideynlər də evdə müəllimə yardımçı ola bilərlər.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299