Şagirdlər də sevinir, müəllimlər və valideynlər də - Fotolar
"İndiyə
qədər 44 regionu əhatə edən 100 modul tipli məktəb tikilərək istifadəyə
verilib. Proses uğurla davam edir. Bu il 167 belə məktəb istifadəyə veriləcək”.
Quba rayonunun Çağacıq kəndində istifadəyə verilən modul tipli məktəblə media
işçilərinin tanışlığı zamanı səslənən bu fikirlər ümumən ölkəmizdə məktəb
binalarının tikintisi, əsaslı və cari təmiri məsələlərinə də aydınlıq gətirdi.
Təhsil Nazirliyinin təşkil etdiyi mediatur çərçivəsində jurnalistlərə məlumat verilərək bildirildi ki, Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilən iclasında prezident İlham Əliyev sosial infrastrukturla bağlı ciddi addımlar atıldığını qeyd edib. Belə ki, ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. 2018-ci ildə sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait olduğunu bildirən dövlət başçısı deyib ki, bölgələrdə 137 məktəb tikiləcək, həmçinin yüzlərlə məktəbdə təmir işləri aparılacaq. O cümlədən, Bakı şəhərində 12 məktəb əsaslı təmir ediləcək.
Qubada isə bu günədək 3 modul tipli məktəb istifadəyə verilib və bu iş hazırda davam etdirilir. Bu ilin sonuna qədər rayonda 6 modul tipli məktəb tikiləcək. Çağacıq kəndində tanış olduğumuz məktəb isə 2018-ci ildə istifadəyə verilən ilk məktəbdir.
Quba rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyev qeyd etdi ki, rayon ərazisindəki qəzalı məktəblər modul tipli məktəblərlə əvəz olunacaq. Modul məktəblərin üstünlüyündən danışan R.Hacıyev bildirdi ki, modul tipli məktəblər azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-çoxaldılması baxımından əlverişlidir: "Digər bir üstünlük modul tipli məktəblərin tikintisində yerli məhsullardan istifadə olunmasıdır. Modul tipli məktəblər coğafi baxımdan dağlıq ərazilərdə, rayon mərkəzindən uzaq kəndlərin ərazisində tikilir. Çağacıq ibtidai məktəbi də rayon ərazisindən 17 km aralıda yerləşir. Əhalinin sayı çoxaldıqca və uşaqların sayı artdıqca, məktəbin də böyüdülməsi və tam orta məktəbə çevrilməsi nəzərdə tutulur. Hələlik isə kənd ibtidai məktəbini bitirən uşaqlar Talaqışlaq və Paşaoba kənd orta məktəblərində təhsillərini davam etdirirlər. 70-80 faiz uşaqlar 4-cü sinifdən sonra həmin məktəblərə yollanırlar”.
Məktəbin direktoru Fabil Ağayev isə köhnə məktəblərinin vəziyyətindən danışdı: "Əvvəlki məktəb iki darısqal otaqdan ibarət olan köhnə kolxoz binası idi. Bundan əlavə, magistral yola yaxın yerləşməsi uşaqların həyatı üçün təhlükə yaradırdı. Uşaqlar istiliyi olmayan, qaranlıq sinif otaqlarında dərs keçirdilər. Məktəbin həyətyanı sahəsi, su sistemi yox idi. Hazırkı məktəb isə uyğun yerdə, əhalinin daha sıx yaşadığı əraziyə yaxın tikilib”. Direktorun bildirdiyinə görə, hazırkı təhsil ocağı 56 şagird yerlikdir və məktəbdə 5 sinif, 1 müəllimlər otağı var: "Hazırda məktəbdə 52 şagird təhsil alır, 4 sinif komplekti və bir məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəb müasir avadanlıqlarla və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib”.
Məktəb direktoru yeni məktəbə şagirdlərin həvəslə gəldiyini qeyd etdi: "Hiss olunur ki, uşaqlar məktəbə daha həvəslə gəlirlər. Valideynlərin də sevinci hədsizdir. Bu məktəbin uğurlu şagirdləri də var. Məsələn, məktəbin şagirdi olan İsmət Ağayev 2015-ci ildə riyaziyyat üzrə respublika fənn olimpiadasının qalibi olub. Bu uğur digər şagirdləri də həvəsləndirir. Uşaqlar dərsə həvəslə gəlirlər. Hazırkı məktəbin müasir avadanlıqları onları yaxşı oxumağa və nizam-intizamlı olmağa sövq edir. Həmçinin yeni məktəb valideynləri də xeyli həvəsləndirir”.
Məktəbin 1-ci sinif müəllimi Afər Abdullayeva "nəhayət, arzuladığımız məktəbdə işləyirik” deyə sevincini bölüşdü: "Məktəbin müasir şəraitli olması bizi çox sevindirir. Artıq bir aydır ki, dərslərə daha həvəslə gəlirik. Mənim övladım da bu məktəbdə oxuyur. Həm ona, həm özümə görə çox sevinirəm. Məktəbin şəraiti dərslərin daha keyfiyyətlə keçirilməsinə və mənimsənilməsinə təsir edir”.
Məktəbin 2-ci sinfində 9 şagird təhsil alır. Onların üzündəki sevinc aydın hiss olunur. "Məktəbimiz işıqlı, isti və genişdir” - deyirlər. Sinif müəllimi Cəmilə Ağayeva da onların sevincinə qoşulur: "Uşaqlar dərsə həvəslə gəlirlər. Modul tipli məktəbin şəraiti bizim yaxşı işləməyimizə əsas verir. Biz yeni tipli məktəbin uşaqların təhsilinin inkişafına kömək edəcəyinə əminik”.
4-cü sinif müəllimi Rəbinə Ağayeva çalışdığı illər ərzində ilk dəfədir ki, rahat məktəbdə dərs dediyini söylədi: Altı ildir müəllim işləyirəm. Bundan əvvəl çalışdığım məktəb binası əlverişsiz və yararsız idi. Bu bizim əhval-ruhiyyəmizə də təsir edirdi. İndi artıq yeni modul tipli məktəbdə sevinclə işə başlamışıq. Yeni iş şəraiti bizə ruh verir. Biz də şagirdlərə fənləri ətraflı tədris etməyə, onların təlim-tərbiyəsi ilə daha yaxşı məşğul olmağa çalışırıq”.
Məktəbdə dərs deyən müəllimlərin hamısı rayonun sakinləridir. Onlar rayon ərazisində olan digər qəzalı və tədrisə yararsız məktəblərin də tezliklə modul tipli məktəblərlə əvəz olunmasını arzulayırlar: "Müəllim təmirli sinif otağında dərs keçəndə, bu ona zövq verir. Şagird də dərsdən zövq alır. Arzumuz bütün müəllimlərin müasir avadanlıqlarla təchiz olunan siniflərdə dərs keçməsi, şagirdlərin də yaxşı şəraitli məktəblərdə oxumasıdır. Biz də öz işimizlə təhsilimizə töhfəmizi əsirgəməyəcəyik”.
Təranə Məhərrəmova