AZE | RUS | ENG |

Şagirdin intiharının araşdırılması ilə bağlı Prezident və Birinci vitse-prezident dövlət qurumlarına tapşırıqlar verib

Şagirdin intiharının araşdırılması ilə bağlı Prezident və Birinci vitse-prezident dövlət qurumlarına tapşırıqlar verib
"Bakı şəhəri, 162 nömrəli tam orta məktəbin şagirdinin intihar etməsi ilə bağlı məsələ Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Bu məsələnin ciddi araşdırılması üçün xüsusi tapşırıqlar verilib". Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. H.Hüseynova bildirib ki, bu cür hallarda təkcə məktəb rəhbərliyi deyil, valideynlər də diqqətli olmalıdırlar: "Necə olur ki, 8-ci sinfə qədər oxuyan şagird ailəsindən heç bir dəstək almayıb, heç kim onu başa düşməyib, dinləməyib. İndi heç kəsi təqsirləndirmək istəməzdim, bütün bunlar istintaq işi yekunlaşdıqdan sonra bilinəcək. Ölkə rəhbərinin və Mehriban xanımın xüsusi tapşırığı var ki, bu məsələ çox ciddi araşdırılsın". Qeyd edək ki, Bakı şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəbdə baş vermiş intihar hadisəsi ilə bağlı aprelin 6-da birgə məlumat yayıb. Məlumatda deyilir ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilmişdir. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstaxanada vəfat edib. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916