• cümə axşamı, 28 mart, 22:18
  • Baku Bakı 13°C

Şagirdin döyülməsinə görə məktəb direktoru və müəllimə işdən azad edildi

20.10.16 13:24 1858
Şagirdin döyülməsinə görə məktəb direktoru və müəllimə işdən azad edildi
"Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumat aidiyyəti üzrə araşdırılıb və öz təsdiqini tapıb”. Bu barədə "Kaspi”yə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər. Qeyd olunub ki, Təhsil İdarəsi tərəfindən müəllimin orta məktəb şagirdinə qarşı xəsarət yetirməsi faktı üzrə tədbirlər görülüb: "Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumatlar aidiyyəti üzrə araşdırılıb və öz təsdiqini tapıb. Müəyyən olunub ki, məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova peşə fəaliyyəti zamanı "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozub. Məktəbin direktoru Raya Allahverdiyeva isə faktla bağlı vaxtında zəruri tədbirlər görməyərək, Sevil İsmayılovanı məsuliyyətdən yayındırmağa çalışıb. Araşdırmanın nəticəsi olaraq 247 nömrəli tam orta məktəbin direktoru Raya Allahverdiyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Məktəbin riyaziyyat muellimi Sevil İsmayılova ilə bağlanmış əmək müqaviləsi isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv olunub”.
banner

Oxşar Xəbərlər