“Saflığa doğru” adlı tədbir keçirilib
"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılğı ilə
"Saflığa doğru” adlı tədbir keçirilib. Tədbirdə
Bakıda fəaliyyət göstərən ictimai fəal xanımlar iştirak edib.
Birlikdən verilən məlumata görə, tədbirin
əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, mənəvi
dəyərlərimizin mühafizə olunması həm də
milli dirçəlişimizin inkişafı deməkdir: "Unutmamalıyıq ki, vətən
uğrunda şəhadətə qovuşanların aldığı dərs mənəvi dəyərlərimizdən keçib. Ən çox
sevindirici hal onadan ibarətdir ki, bu gün ölkəmizdə milli və mənəvi irsimizin
əsl himayəçisi Azərbaycan dövlətidir. Seçkilərdən sonra prezident İlham
Əliyevin yenidən inşa olunan məşhur Hacı
Cavad məscidinin açılışını etməsi bunun sübutudur”.
S. Əzimbəyli qeyd edib ki, birlik və bərabərliyimizi, əbədi
qardaşlığımızı pozmağa yönələn yad təsirlərdən mühafizə olunmağımızın bir yolu da
mənəvi saflığımızın qorunmasından keçir. Onun sözlərinə görə, həqiqi mənəviyyat
adamı dini və milli kimliyə sahib olan əsl ölkə vətəndaşıdır.
Tədbirdə "Yeni Üfüq” İctimai Birliyinin sədr müavini, filologiya üzrə
fəlsəfə elmləri doktoru Xanım Qasımova isə mövzu ətrafına çıxış edərək ədəbi
klassiklərimizin yaradıcılığında mənəvi saflığın, nəfsin, şükürün rolundan ayrıca
bəhs etdiklərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonda müqəddəs vətən şəhidlərinin əziz ruhuna dualar oxunub, ehsan
süfrəsi açılıb.