• cümə, 29 Mart, 19:40
  • Baku Bakı 14°C

Şadlıq sarayının adminstratoru bıçaqlandı

07.10.13 16:13 1542
Şadlıq sarayının adminstratoru bıçaqlandı
Biləsuvar rayonunda şadlıq saraylarından birinin qarşısında qan tökülüb. Şadlıq evinin administratoru keçmiş işçisi tərəfindən bıçaqlanıb
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, hadisə Biləsuvar rayonunda yerləşən Şadlıq saraylarından birinin qarşısında baş verib.
Biləsuvar rayon sakini 31 yaşlı Xosiyev Elçin Səxavət oğlu adminstrator kimi çalışdığı sadlıq sarayında 18 yaşlı həmyerlisi Mailzadə Kənan Asəf oğlu tərəfindən bıçaqlanıb. Zərərçəkənin yaxınlarının sözlərinə görə hadisəni törədən Kənan bir müddət əvvəl elə sözügedən şadlıq sarayında Elçinin köməkçisi işləyirmiş. Lakin işdən çıxdıqdan sonra Kənanın yenidən şadlıq evində peyda olması Elçinlə onun arasında mübahisəyə səbəb olub.
Keçmiş köməkçisi tərəfindən iki bıçaq xəsarətləri alan Elçin Xosiyev Biləsuvar MRX-A çatdırılıb. Üzərində cərrahiyə əməliyyatı keçirilən xəstənin həyatını həkimlər xilas edə biliblər. Hazırda onun durumu orta ağır qiymətləndirilir. Qeyd edək ki, mövcud hadisə baş verməmişdən bir gün əvvəl zərərçəkən Elçin Xosiyev, Kənanın onu öldürəcəyi ilə bağlı hədələməsi haqqında polisə ərizə ilə müraciət də edib. Artıq hadisəni törədən polis tərəfindən saxlanılıb. Əvvllər də dələduzluq maddəsi ilə məhkumluq həyatı yaşamış Kənan Mailzadə barəsində CM-nın 126.1 maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər