Sadəcə sevilməyənlər nifrət edir...
İnsani
dəyərlərimizi qorumazsaq, həyatı qorxunclaşdırar və hər zaman uduzarıq.
Sürətimizi artırıb, texnikanın əsirinə çevrilmişik. Əslində, bolluq gətirməsi
gözlənilən texnologiyanın inkişafı bizi get-gedə kasıblaşdırdı. Robotlaşma
insanımıza mənən yoxsullaşma aşılayıb. Əldə etdiyimiz biliklər bizi ancaq
özümüzü düşünməyə vadar edib, zəkamızı kobud və mərhəmətsiz günə
saldı. Çox fikirləşib, az hiss edirik. Robotlaşmaqdan çox insanlığa,
zəkadan çox mənəviyyata və anlayış görməyə ehtiyacımız var.
Həyatımda ən böyük
düşmən zamandır. İnsanlar ölməyi bildiyi müddətcə azadlıq itməyəcək. Nəyisə
əldə etmək duyğusu insanların ruhunu zəhərləyib, dünyanı bir nifrət meydanına
çevrilib atıb. Hamımız, bütün bəşəriyyət qaz addımları ilə səfalətin və
müharibələrin içinə çəkilirik...
Siz insanlar
güclüsünüz, hətta texnologiyanı icad edəcək gücün özü də sizdədir. Eyni zamanda
bu həyatı fövqəladə bir xoşbəxtlik macərasına çevirmək də sizin
əlinizdədir.Həyat özü insanlara azadlıq və gözəlliklə dolu
olan bir yol göstərib, əfsus ki, biz bu
yolu itiririk. Dini, dili, irqi ayrı olmayan təzə bir dünya qurmalıyıq.Məni həyatda
xoşbəxtlikdən uzaq salacaq yeganə nəsnə rahatçılığa öyrəşməkdir. Yerə baxarsaq,
əsla göy qurşağını görə bilmərik.
Yaşadığınız
həyatda niyə məna axtarırsınız? Həyat ehtirasdır, məna deyil. Bəşər övladı
imkan versəydi, həyat möhtəşəm ola bilərdi. Fərd olaraq bir dahidir insan. Bir
arada olarkənisə o, özünü beyinsiz bir canavar sürüsü kimi aparıb, hənir
gələn hər yeri müharibəyə sövq edən zalım bir
axmağa çevrilir.
Tanrı ilə aramdakı bağ möhkəmdir. Mənim bütün
dərdlərim insanlarladır. Əgər, qarşındakı özünü ağıllı göstərərsə sən axmaq
kimi davran. Sonra isə bu mənzərəni diqqətlə seyr et.
Həyat dar çərçivədən faciə, geniş aspektdə isə
məshəkədir. Gülüşlərim sanki bir işçi kimidirlər – mənim
ağrı-acılarımıörtməklə məşğuldurlar. Hansı gün gülmürsənsə, qəhqəhə
atmırsansa, o gün sənin deyil, boşa israf etdiyin vaxt kəsiyidir.
Dünya hər kəsə kifayət edəcək böyüklükdədir.
Bu həqiqət naminə başqalarının yerini tutmaqdansa, çalışıb aid olduğunuz yeri
tapın.
Məqsədiniz zərər
verməkdirsə, "gücə” ehtiyacınız var. Digər hər şey üçün sevgi bəs edir.
Məni anladıqları üçün, Albert Eynişteyni anlamadıqları
üçün alqışlayırlar.
Mənim ağrı-acım,
kədərim başqa birinin gülüşünə səbəb ola bilər. Amma gülüşlərim əslabaşqa
birinin kədərinə səbəb olmamalıdır.
Komediya
üzdə qırış yox, çöhrədə təbəssüm yaratmaqdır. Təbəssüm yaratmaq üçün mənə
bir park, polis və gözəl qız lazımdır.
Düşünmə bacarığı, eynən kaman ya da piano
çalmaq kimidir. Onunla mütləq mütəmadi məşğul olmaq lazımdır.
Pis günləri yaşamasanız, xoşbəxt günlərin
dəyərini anlamayacaqsınız. Fəlsəfəm azadlığa inanmaq, silahım gülmək, dilim isə
qəlbimin səsidir. Həyatın yol ayrıcında istiqamət lövhəsi yoxdur.
Ümidsizlik hələ də üstümüzdədir, amma bu da
keçib gedəcək. İnsanlığın xilasından qorxanlar əzilib yox olacaqlar. İnsanlığın
nifrəti yox olacaq, diktatorlar ölüb gedəcəklər və onların bəşəriyyətdən
qoparıb aldığı güc insanlara geri veriləcək.
Sonuncu insan
ölənə qədər azadlıq yox olmayacaq.
Mən bircə şey
olaraq qalacağam, tək bir: kloun. O elə bir təyyarədir ki, məni hansısa
siyasətçidən də yüksəyə uçura bilər.
Mənim keçmişdə
olan və hələ də davam edən ən müdhiş günahım qəbul edilən fikirlərə tabe
olmamağımdır. Mən bir siyasətçi deyiləm və siyasi kriteriyalarım yoxdur. Mən
insanlığın bir fərdiyəm və azadlığa inanıram. Budur mənim bütün siyasi
düşüncəm. Heç bir patriot (vətənpərvər) də deyiləm. Həddindən artıq vətən
sevgisi Hitlerə məxsus idi. Və biz ona baxıb dərsimizi aldıq.
Kimisə idarə
etmək, haranısa fəth etmək yox, insanlara kömək etmək istəyirəm. Bu zülmkar
dünyada heç bir şey qalıcı deyil, heç dərdlərimiz də...
Zaman ən yaxşı
yazıçıdır. Həmişə ən yaxşı sonu o yazar. Həyat elə bir teatrdır ki, əvvəldən
orda məşq edilmir. Bu sonunda alqışlanmayacaq olan teatrın pərdəsi enmədən öncə
gülün, mahnı oxuyun, rəqs edin, aşiq olun. Həyatınızın hər anını dəyərləndirin.
Tərcümə edən: Aysu
Kərimova