• cümə, 19 Aprel, 14:04
  • Baku Bakı 25°C

Sadəcə sevilməyənlər nifrət edir...

25.12.17 10:40 1375
Sadəcə sevilməyənlər nifrət edir...
İnsani dəyərlərimizi qorumazsaq, həyatı qorxunclaşdırar və hər zaman uduzarıq. Sürətimizi artırıb, texnikanın əsirinə çevrilmişik. Əslində, bolluq gətirməsi gözlənilən texnologiyanın inkişafı bizi get-gedə kasıblaşdırdı. Robotlaşma insanımıza mənən yoxsullaşma aşılayıb. Əldə etdiyimiz biliklər bizi ancaq özümüzü düşünməyə vadar edib, zəkamızı kobud və mərhəmətsiz günə saldı. Çox fikirləşib, az hiss edirik. Robotlaşmaqdan çox insanlığa, zəkadan çox mənəviyyata və anlayış görməyə ehtiyacımız var.
Həyatımda ən böyük düşmən zamandır. İnsanlar ölməyi bildiyi müddətcə azadlıq itməyəcək. Nəyisə əldə etmək duyğusu insanların ruhunu zəhərləyib, dünyanı bir nifrət meydanına çevrilib atıb. Hamımız, bütün bəşəriyyət qaz addımları ilə səfalətin və müharibələrin içinə çəkilirik...
Siz insanlar güclüsünüz, hətta texnologiyanı icad edəcək gücün özü də sizdədir. Eyni zamanda bu həyatı fövqəladə bir xoşbəxtlik macərasına çevirmək də sizin əlinizdədir.Həyat özü insanlara azadlıq və gözəlliklə dolu olan bir yol göstərib, əfsus ki, biz bu yolu itiririk. Dini, dili, irqi ayrı olmayan təzə bir dünya qurmalıyıq.Məni həyatda xoşbəxtlikdən uzaq salacaq yeganə nəsnə rahatçılığa öyrəşməkdir. Yerə baxarsaq, əsla göy qurşağını görə bilmərik.
Yaşadığınız həyatda niyə məna axtarırsınız? Həyat ehtirasdır, məna deyil. Bəşər övladı imkan versəydi, həyat möhtəşəm ola bilərdi. Fərd olaraq bir dahidir insan. Bir arada olarkənisə o, özünü beyinsiz bir canavar sürüsü kimi aparıb, hənir gələn hər yeri müharibəyə sövq edən zalım bir axmağa çevrilir.
Tanrı ilə aramdakı bağ möhkəmdir. Mənim bütün dərdlərim insanlarladır. Əgər, qarşındakı özünü ağıllı göstərərsə sən axmaq kimi davran. Sonra isə bu mənzərəni diqqətlə seyr et.
Həyat dar çərçivədən faciə, geniş aspektdə isə məshəkədir. Gülüşlərim sanki bir işçi kimidirlər – mənim ağrı-acılarımıörtməklə məşğuldurlar. Hansı gün gülmürsənsə, qəhqəhə atmırsansa, o gün sənin deyil, boşa israf etdiyin vaxt kəsiyidir.
Dünya hər kəsə kifayət edəcək böyüklükdədir. Bu həqiqət naminə başqalarının yerini tutmaqdansa, çalışıb aid olduğunuz yeri tapın.
Məqsədiniz zərər verməkdirsə, "gücə” ehtiyacınız var. Digər hər şey üçün sevgi bəs edir.
Məni anladıqları üçün, Albert Eynişteyni anlamadıqları üçün alqışlayırlar.
Mənim ağrı-acım, kədərim başqa birinin gülüşünə səbəb ola bilər. Amma gülüşlərim əslabaşqa birinin kədərinə səbəb olmamalıdır.
Komediya üzdə qırış yox, çöhrədə təbəssüm yaratmaqdır. Təbəssüm yaratmaq üçün mənə bir park, polis və gözəl qız lazımdır.
Düşünmə bacarığı, eynən kaman ya da piano çalmaq kimidir. Onunla mütləq mütəmadi məşğul olmaq lazımdır.
Pis günləri yaşamasanız, xoşbəxt günlərin dəyərini anlamayacaqsınız. Fəlsəfəm azadlığa inanmaq, silahım gülmək, dilim isə qəlbimin səsidir. Həyatın yol ayrıcında istiqamət lövhəsi yoxdur.
Ümidsizlik hələ də üstümüzdədir, amma bu da keçib gedəcək. İnsanlığın xilasından qorxanlar əzilib yox olacaqlar. İnsanlığın nifrəti yox olacaq, diktatorlar ölüb gedəcəklər və onların bəşəriyyətdən qoparıb aldığı güc insanlara geri veriləcək.
Sonuncu insan ölənə qədər azadlıq yox olmayacaq.
Mən bircə şey olaraq qalacağam, tək bir: kloun. O elə bir təyyarədir ki, məni hansısa siyasətçidən də yüksəyə uçura bilər.
Mənim keçmişdə olan və hələ də davam edən ən müdhiş günahım qəbul edilən fikirlərə tabe olmamağımdır. Mən bir siyasətçi deyiləm və siyasi kriteriyalarım yoxdur. Mən insanlığın bir fərdiyəm və azadlığa inanıram. Budur mənim bütün siyasi düşüncəm. Heç bir patriot (vətənpərvər) də deyiləm. Həddindən artıq vətən sevgisi Hitlerə məxsus idi. Və biz ona baxıb dərsimizi aldıq.
Kimisə idarə etmək, haranısa fəth etmək yox, insanlara kömək etmək istəyirəm. Bu zülmkar dünyada heç bir şey qalıcı deyil, heç dərdlərimiz də...
Zaman ən yaxşı yazıçıdır. Həmişə ən yaxşı sonu o yazar. Həyat elə bir teatrdır ki, əvvəldən orda məşq edilmir. Bu sonunda alqışlanmayacaq olan teatrın pərdəsi enmədən öncə gülün, mahnı oxuyun, rəqs edin, aşiq olun. Həyatınızın hər anını dəyərləndirin.
Tərcümə edən: Aysu Kərimova
banner

Oxşar Xəbərlər