AZE | RUS | ENG |


Sadə yazmaq çox çətindir

Sadə yazmaq çox çətindir
Mustafa Məstur: “Oxucularımla ədəbiyyatdan çox, həyati çətinliklər haqqında danışmağa üstünlük verirəm”

Mustafa Məstur müasir İran ədəbiyyatının tanınmış simalarındandır. Əsərləri 20-dən çox dilə çevrilən Məsturu İran, eləcə də dünya ədəbiyyatına tanıdan ilk irihəcmli əsəri "Tanrının ay üzündən öp” romanıdır. Roman çap olunduğu vaxtdan oxucuların və ədəbi tənqidçilərin böyük marağına səbəb olub. On beş ildə yüksək tirajla 50 dəfədən çox nəşr edilmiş və "Golden Pen” mükafatına layiq görülmüşdür...

Mustafa Məstur elə şəxslərdəndir ki, az halda müsahibə verməyə razılaşır, Tehrandan uzaqda özünün bir xəlvət guşəsi var və başqalarına nadir halda ora gəlmək icazəsi verir. Bu söhbət imkanı da bizim üçün asanlıqla yaranmadı, amma mühüm bu idi ki, nəhayət Məstur müsbət cavab verdi. Həyat və çətinliklərdən danışdı. Və şübhəsiz, Məsturu sevənlər suallarının çoxuna cavabı bu maraqlı söhbətdə tapacaqlar. 

- Keçən illər ərzində sizin əsərlər çox gözəl qarşılanmışdı, bu münasibət təkcə romanlara qarşı deyil, novellalara qarşı da belə idi. Bu əsərlərin çapının tiraj və sayı da bu iddianı sübuta yetirir. Bundan əlavə, sizin əsərlərinizi sevənləri öz ətrafımızda çox görmüşük, internetə ekskursiya da onların sayının çoxluğunu aydın şəkildə göstərir. Öz işinizə başlayanda əsərlərinizin belə tale ilə üzləşəcəyini öncədən görürdünüzmü?
- Adam yazmağa başlayanda bu mövzuya çox diqqət etmir, baxmayaraq çox istəyir ki, işi görünsün, ya oxunsun. Düşünürdüm ruhuma, zehnimə əziyyət verən şeylər fikri və ruhi iztirabları yaratmış və məni yazmağa vadar edir.  Bunlar siyasi cəmiyyətə münasib olan şeylər deyil. Təsəvvür edirdim və indi də elə fikirləşirəm ki, bunlar siyasi təlatümlərdən keçmiş və yaşamaq istəyən bir cəmiyyətə aid olan sözlərdir. Həyat mətnində belə olan halda, bu suallar ciddiləşir və insanın ruhunu parçalayır. İran kimi siyasi cəmiyyətlərdə həyat həqiqi mənasında formalaşmır.
Fikirləşirdim mənim işlərim zamanəyə uyğundur ki, insanlar siyasi tufanları aşmışlar və həyata qayıtmışlar. Həyatın təbii mətninə. Elə bir vəziyyətə ki, düşünməyə fürsətləri vardır ki, bu həyatın nə maneələri, dolaşıqlıqları, uğursuzluqları və məğlubiyyətləri vardır və sonra həmin məğlubiyyətlər, uğursuzuluqlar və maneələri mənim əsərlərimin bir hissəsində görürlər. Amma bu hadisənin baş verdiyini görəndə, cəmiyyətimizin siyasətə uğradığı dövrdə bu əsərlər oxunur. Mənim üçün çox qəribə idi və həm də bir növ nigaranedici. Bu hadisənin mənası budur ki, həyatda əziyyət çəkən kəslərin sayı az deyil və biləndə ki, bu cavanlar ümumilikdə cavandırlar  və savadlı, narahatlıq iki dəfə artır. Bu mənada olduğundan həyatın böyük əziyyətləri cəmiyyətin elə bir təbəqəsinə çatmışdır ki, bu təbəqə bir qayda olaraq təbii şəkildə şad və ümidlə dolu olmalıdır. 

-Bu günlərdə yayılmış bölgülərdə sizi dəyərli bir yazar sayırlar ki, dini məzmunlu əsərlər təqdim edirsiniz. Amma sizin əsərlərinizin oxucularını müxtəlif xəyallar təşkil edir. Güclü dini təmayülü olan kəslərdən daha çox, ümumilikdə, dini adamlar olmayanlar. Düşünürsüz, sizin əsərlərinizdə olan əsaslar ümumi formaya malikdir və hər insanın fikri və təmayül iztirabı ola bilər? 
- Mənim əsərlərimdə pənahsızlıq, ümidsizlik, əziyyət, şübhə, iztirab, qorxu, həyatın mənalı olması ya mənasızlığı, eşq, xəyanət, məsumluq və əlbəttə, ölüm məfhumu həmişə qabardılır. Bunlar biz insanların müştərək və əsaslı məfhumlarıdır. Yaşadığımız mədəniyyət, cəmiyyət, tarix və coğrafiya nəzərə alınmazsa, bu məfhumlar həmişə bizimlədirlər. Bunlar bizim insaniyyətimiz ilə yanaşıdırlar. Bunlar elə bir şeylərdir ki, həm din onlara cavab vermək üçün çalışır, həm də fəlsəfi və irfan onlar üçün cavab hazırlayırlar. Digər tərəfdən, bu varlıq məsələləri, insanların fərdi həyatında ciddi şəkildə mövcuddur. Bəlkə buna görə, müxtəlif düşüncəli oxucular belə məsələlərdə həssas olurlar. Hər halda təbiidir ki, həyatda bu məfhum və çətinliklərlə üzləşən kəslər bir növ öz vəziyyətlərinin inikasını bu hekayələrin şəxsiyyətlərinin mövqeyində axtarırlar. 

- Bəziləri belə düşünür ki, sizin əsərlərin oxucular tərəfindən bəyənilməsinin səbəbi əsərlərinizdə sualla yanaşı onlara cavab da təqdim olunur. Əslində, oxucular öz sualları ilə üzləşirlərsə, cavabını da tapanda onların rahatlıq və razılığına səbəb olur. Siz özünüz bu məsələ ilə razısınızmı?
- Düşünürəm bu hadisənin belə izahı dolğun və düzgün deyil, fikrimcə, ən yaxşı izah budur ki, insanlıq iztirab və pərişanlıqla əhatələnib. Hekayə elə bir yerdir ki, həm onda bir sualın formalaşma köklərini tapmaq olar, həm də cavab mənzərəsini. Hər halda hekayə anket də deyil, məsələlərin həlli də deyil. Hekayə bir "məqam”ın izahıdır. Düşünürəm həmin "məqam”dır ki, oxucunu məşğul edir.

- Hansı zərurət ya ehtiyac sizi yazmağa sövq edir?
 - Ədəbiyyat mənim üçün yəni elə bir yerdir ki, ruhumun bir hissəsini onda göstərə bilərəm. Bu elə bir göstərməkdir ki, başqalarına təsir etmək məqsədi daşıyır və son təhlildə oxucunun həyatını yaxşılaşdırmağa kömək edir. Bununla belə, yaxşı bilirəm ki, ədəbiyyatın bu üç sahədə imkanları çox məhdud və zəifdir. Həm insan ruhunu göstərməkdə, həm təsir etməkdə, həm də başqalarının həyatını yaxşılaşdırmaqda. Ədəbiyyat bütün etibarı ilə ətrafına dərin və geniş təsir edə, ictimai-siyasi dəyişikliyin əsası ola bilməz. Dəfələrlə demişəm ki, ədəbiyyatın təsiri çox-çox kiçikdir və bu təsir də tez bitir. Buna görə ədəbiyyatdan böyük bir şey gözləmirəm. Ümumiyyətlə sənətdən belə bir intizarım yoxdur. Bütün bunlarla həmin kiçik və məhdud təsirlərlə qane olmalıyıq, çünki ixtiyarımızda başqa bir imkan yoxdur. Kəlmələr nələrinsə bəyanı üçün ruhumuzun dərinliklərinə təsir edən alətdir. Bəlkə yazmağın ləzzəti budur: başqaları hiss etsinlər ki, həyatda tək deyillər. 

 - Yeniyetməlik dövründən Sizin kitab oxumağa həvəsiniz haqqında adda-budda eşitmişəm, amma bəlkə maraqlı olar, peşəkar yazıçılıq dünyasına gəlişiniz haqqında danışaq. 
- Mənim peşəkar formada ilk novellam həmin dövrdə yeganə dini-elmi jurnal olan, 80-cı illərin sonu 90-ci illərin əvvəllərində çap olunan "Kəyan” jurnalında çap olundu. Mən çox israr edirdim ki, kiçik bir hissəsi ədəbiyyat və incəsənətə aid olan, daha çox fəlsəfi və nəzəri məsələlərin yer aldığı bu jurnalda çap olunsun. Əvvəllər "Kəya”nın redaksiya heyəti hekayələrin çapı üçün müqavimət göstəriridi. Amma hekayələrdən birinin çapından sonra və çox güman onun oxucular və redaksiya heyətinin üzvləri arasında bəyənildikdən sonra mənim digər hekayələrimi də çap etməyi qəbul etdilər. Bu hekayələr sonralar  "Piyadanın üzündə eşq” adlı topluda 1998-ci ildə çap olundu. 

- Niyə israr edirdiniz hekayələriniz "Kəyan”da nəşr olunsun? Halbuki bizim o zaman elə jurnallarımız vardı ki, ədəbi baxımdan daha mötəbər idilər? "Söz dünyası” ya "Adinə” kimi və s. Bu jurnala xüsusi marağınız vardımı?
- Dövrün ən ciddi mədəni, fəlsəfi və ədəbi jurnalı kimi çap olunan "Keyhane-fərhəngi” elə həmin 80-cı illərin əvvəllərindən o jurnalda bir şey çap etdirmək istəyirdim. Səbəbi din və ziyalılığa təmayülü idi. Yəni mənim iztirabıma səbəb olan şeylər. Sonralar  "Keyhane-fərhəngi”nin redaksiya heyəti ordan çıxdı və "Kəyan” adlı jurnalı çap etdilər. Bu zaman nəinki mənim şövqüm azalmadı, əksinə, dəfələrlə "Kəyan”ın məsul redaktoru olan Rza Tehranini görmək üçün Tehrana gəlirdim və hekayələrimi çap üçün ona verirdim. O günlər mən bir növ fikri qabıq atma halında idim və "Kəyan” bu baxımdan mən daha çox kömək edirdi. Bundan əlavə, mənim hekayələrim əsasən fəlsəfi xarakterli hekayələr idi və bu baxımdan "Kəyan” onların çapı üçün ən yaxşı yer idi. Digər jurnallar bəlkə də ədəbi baxımdan daha qüvvətli olsalar da, fəlsəfi yükə önəm vermirdilər. Mənim o vaxt və hətta bu gün də ürəyimdə heç vaxt ədəbiyyat sırf ədəbiyyat olmamışdır. Əsasən o dövrdən indiyə kimi mənim araşdırmalarımın daha çox hissəsi" ədəbiyyatdan daha çox fəlsəfə təşkil etmişdir. Mən daha çox fəlsəfə və bəzən fizika oxuyuram, nəinki roman və novella. "Allahın ay üzünü öp” romanını o zaman yazdım ki, bəlkə beş roman da oxumamışdım. Hər halda mən "Kəyan” jurnalının oxucularından biri idim, ədəbi materiallarını oxumazdan qabaq fəlsəfi materiallarını oxuyurdum. Təbiidir ki, hər kəs əsərlərinin sevimli jurnalında çap olunmasını istəyir və mən o qədər bunu israr etdim ki, arzuma çatdım. 

- Sizin həyata baxışınız, nikbin deyil. Razısınızmı?
- Düşünürəm, bizim həyatı dərk etməyimizin iki çox mühüm mənbəyi vardır ki, onun bir hissəsi bizim mütaliəmizir. Biz oxuyuruq ki, bizə əziyyət verən suallar üçün bir cavab tapaq. Bu hissəni fəlsəfi əsərlər ya təcrübi elmlər, ya irfan və ya dini mənbələrdə izləmək olar. Amma həyatı dərkimizin digər hissəsi bizim həyatda yaşadığımız təcrübələrə qayıdır. Mənim fikrimcə, bu ikinci hissə daha dərin, daha təsirli və daha daimidir. Siz həyatda mövqelər, təcrübələr və həm öz şəxsi, fərdi təcrübələrim baxımından, hər iki məni bu nöqtəyə çatdırırlar ki, bu həyat ləzzətli olmaqdan daha çox (bəziləri buna inanırlar), mənim nəzərimdə çox fövqəladə əziyyətlərlə yanaşıdır. Həyat yolunda elə maneələr var, çox zaman onların üzərindən tullana bilmirik. Həmin maneələrə qarşılaşanda bizim cismimizə və ruhumuza elə yaralar vurur ki, asanlıqla sağalmır. Xüsusilə, bu maneələr daim bizim qarşımızda görünür. Əlbəttə, işıq düşən nəfəslik və dəliklər də vardır. Amma bu dəliklər çox azdırlar və sən həyatda nə qədər qabağa getsən, bu maneələr və əziyyətlər daha çoxalır, bacarıqlar və hərəkətlər daha da azalır. Təbiidir, həyatı həm nəzəri, həm də fərdi təcrübələr baxımından belə görsən, belə bir nəticəyə çatmağın mümkündür ki, həyat o qədər də cazibədar deyil. Reallıqda nəinki cazibədar deyil, əksinə, acıdır da, onun mühüm hissələri qaradır və onun üçün qaneedici cavab da yoxdur. Düşünürəm insanların çoxu dərisinin rəngi, irqi, dili, yaşadığı tarixi və coğrafi mövqedən asılı olmayaraq, hətta uzaq keçmişlərdən indiyə kimi olan insanlar eyni əziyyətləri arxada qoymuşlar. Əziyyətlərin bir hissəsi hamı üçün müştərəkdir; istər güclü sənaye ölkələrində, istər geridə qalmış ölkələrdə. Əlbəttə, inkişaf etmiş ölkələr imkan dairəsində ağıl və düşüncə ilə aradan qaldırıla bilən əziyyətlərdən can qurtarıblar. Amma bir sıra əziyyətlər vardır ki, insanın düşüncəsi ilə əlaqəsi yoxdur. Bu əziyyətlər, bunlar insan olmağımızla bağlıdır, bacarıqsızlığımızla yox. Xəstəliklər, məğlubiyyətlər, eşqdə uğursuzluqlar, tənhalıq və ölüm kimi. Elə bunlar, mənim baxışımı formalaşdırır. Bu ki, fərq etmir kimsən, harada yaşayırsan. Amma mən çalışmışam, ümidlə yaşayım, hətta əgər bu ümid get-gedə daha parıltısız olsa da. Düşünürəm hələ də ümidli yaşamaq olar. 

- Amma bununla belə sizin hekayələrin sonunda ümidverici nicat olur. Düşünmürsüz belə sonluqlar əvvəlki hissələrin təsirini azaldır?
- Ümidvaram ki, belədir! Əgər hekayələrim belə olsa, o acılıqlar və o qaraltıları örtsə, çox yaxşıdır. Əgər oxucu bu nəticəyə çatsa ki, "hələ bir ümid var” bu çox yaxşıdır. Dediyim kimi mən həmişə ümid pəncərəsini saxlayıram və bəlkə bunun özü mənim həyata baxışımın Sadiq Hidayət kimi yazıçının baxışı arasındakı fərqimdir. 

- Sizin düşüncəsniz və ya əsərlərinizə hakim olan dünyagörüşünüzün İran yazıçılarından hansına yaxındır?
-Düşünürəm bir yazıçı yazmağa başlayanda ilk addımda belə fərz edir ki, onun səsi (daha yaxşı olması zərurət deyil) fərqli səs olmalıdır. Yazır, çünki düşünür ki, onun yazısı və ya onun baxışı başqalarından fərqlənir. Bu baxımdan düşünürəm ki, bir yazıçını daha yaxşı tanımaq üçün fərqlərə diqqət etmək müştərək cəhətləri tapmaqdan daha yaxşıdır. 

- Hansı növ hekayələri bəyənirsiniz, janr xüsusiyyətləri ilə yazılan hekayələri, ya əsas ağırlığı məzmunda olan hekayələri?
- Forma və məzmun əvəzinə iki cazibədarlıq və düşüncə ünsürünü istifadə edim. Düşüncədən məqsədim baxış və təfəkkür növüdür ki, yazıçıda həyata qarşı duyulur, yəqin ki, baxış fəlsəfi və dolaşıq deyil. Cazibədarlıq ünsürünün müxtəlif tərəfləri vardır, janr və bəyan üsulu ilə onun əlaqəsi uzun bəhsdir ki, ona vaxt ayırmaq istəmirəm. Cazibədarlıq yəni oxucunu hekayə ilə bağlayan ünsürlər. Dərinliyi olan, ümumi mənada təfəkkürə söykənməsinə və bu təfəkkürün cazibədarlıqla verilməsinə daha çox marağım vardır. Mən bu məsələni daha çox Şimali Amerika yazarlarında görürəm. Karver, İsaak Başevis-Zinger, Cumpa Lahiri və əlbəttə, ayrı bir hesabla Selincerin əsərlərində. Belə yazıçılar həmin ədəbiyyata sahibdirlər ki, mən bəyənirəm və əgər daha köhnələrin adını çəkmək istəsəm, Çexov və Flanneri Okkoner mənim sevimli yazarlarımdandırlar. 

- Forma və məzmun barəsində düzdür ki, demək olmaz bir əsərin forması yoxdur, yaxud forma və məzmun arasında fasilə xətti çəkmək olar, amma bəziləri özlərinin nəzərdə tutduqları məzmunların bəyanı üçün daha sadə formaları bəyənirlər . 
- Ümumi təsəvvürün əksinə olaraq, sadə yazmaq çox çətindir. Bu ki, sözlər, dolaşıq formaları sadə formaya salmaq istəyəndə işiniz daha çətin olacaq, nəinki onları öz mürəkkəb quruluşlarında yazmaq istəyəndə. Forma məharətləri daha çox hekayənin mühəndislik növüdür, ta onun təbii şəkli. Siz həm sadə, eyni zamanda dərin hekayə yazmaq istəsəniz çətinliklə üzləşəcəksiniz. 

- Adlarını çəkdiyim yazıçıların çoxu həmin üsulda yazırlar. Çexovun hekayələri iki yüz il keçdikdən sonra tam sadəlikləri ilə hələ də canlı, hələ də oxunandır. 
Ümumilikdə İran yazarları arasında kimlərin iəsərlərini  bəyənirsiniz?
- Bəzi cəhətlərdən xanım Güli Tərəqqi və xanım Zoya Pirzadın işlərini digərlərindən üstün tuturam. 

-Hər bir yazıçının iş vaxtı öz adətləri vardır, hekayə yazarkən sizin ritualınız varmı? Bir ideya sizin zehninizə gələn mərhələdən hekayəyə çevrilənə və çap olunana qədər hansı mərhələləri keçir?
- Adətən, bir müddət bir ideya ya qığılcımla yaşayıram ki, onun imkanlarını yoxlayım. Bəzən bu həyatın müddəti bir gündür və bu qığılcım sönməyə doğru gedir, bəzən də daha uzun olur, məsələn, bir həftə, ya bir ay sonra bu qığılcım sönür. Amma bəzən bir qığılcım yanan kimi sürətlə yayılır, şölələnir və hər bir şeyi yandırır və siz bütün varlığınızla belə hiss edirsiniz ki, bunu yazmalısınız. Hər halda bir əsərin hekayəyə çevrilməsi üçün zaman keçməlidir ta bu yəqin əldə olunsun ki, ondan novella ya roman düzəltmək olar. Bu fasilədə ona nələrsə əlavə olunur, bir neçə zəncir formalaşır və siz hiss edirsiniz bu zəncirlər məcmuəsi hekayənin süjetini yarada və bir nağıla çevrilə bilər. Bu proses uzun çəkir. Mümkündür bir novella altı ay ya daha çox zaman apara. Qələmlə yazmağa adət etməmişəm. Ümumiyyətlə, "əlyazma” adlı bir şeyim yoxdur. Hər bir şey kompyuterin arxasında başlanır və həmin yerdə bitir. Kompyuterdə yığıram, çox ləng yığıram. Bir neçə səhifəlik novellanın yazılması və yığılması bəzən bir neçə həftə çəkir. Hekayənin bir səhifəsini yazmaq üçün bəzən bir neçə saat kompyuterin arxasında oturmalıyam. Çox ləng yazdığımdan yazdığımı nadir hallarda dəyişirəm. Hekayə üzərində redaktə adlı iş görmürəm. Yazmaqla yanaşı redaktə də edirəm. Yazan zaman cümlələrin quruluşu və təşbehlər üzərində fikirləşirəm, işləyirəm. Bir cümləni yazdımsa, artıq qayıdıb yenidən onu redaktə etmirəm, bir şeyi əlavə edib çıxarmıram. Hekayənin bir səhifəsini yazanda artıq o səhifə mənim üçün bitmişdir, nə istədiyimə əmin olmayana kimi yığmayacağam. Əlbəttə, qaçılmaz çox cüzi dəyişikliklər istisna olunmaqla. 

- Necə oldu ki, Reymond Karverin əsərlərinin tərcümə etməyə qərar verdiniz, onun - əsərlərinə olan marağı başqalarında hiss etmirdiniz?
Yazmağa başlayanda çoxlu novellalar oxuyurdum ki, bəzisi yox, bütün əsərləri yaxşı olan yazıçı axtarırdım. Yazıçıların bəzisinin bir hekayəsi mənim üçün maraqlı idi, bəzilərinin ümumiyyətlə əsərlərini bəyənmirdim. Buna görə məcbur oldum o qədər oxuyum ki, bütün hekayələri mənim üçün maraqlı olan yazıçı tapım. Bu hadisə Reymond Karverin "Bir neçə qutu” hekayəsini oxumaqla baş verdi. Hekayəni xanım doktor Məryəm Xuzanın 80-ci illərin əvvəllərində tərcümə etdiyi bir kitabda tapdım. İndi də düşünürəm "Bir neçə qutu” Karverin ən yaxşı əsərlərindən, bəlkə də müasir ədəbiyyatın ən yaxşı novellalarından biridir. Ondan sonra Karverin digər əsərlərini oxumağa marağım oldu, amma fars dilində başqa bir şey çıxmamışdı. Beləliklə, ingilis dostlarımdan biri Karverin çap olunmuş sonuncu toplumunu mənim üçün gətirdi və mən dərhal hekayələrin tərcüməsinə başladım. O zaman anladım ki, Karver mənim itirdiyim yazıçıdır. Əlbəttə, ondan sonra Selincer ilə tanış oldum ki, fikrimcə, əslində ən yaxşı müasir yazıçıdır və mən onun əsərlərini hər hekayədən ayırıram. Dəfələrlə əsərlərini oxuyub ləzzət almışam.  
 
- Yeniyetməlik dövründə film sahəsində təcrübələriniz olmuşdur və əsərlərinizin arasında da "Fitrət və tale” kitabına rast gəlirik ki, tanınmış film simalarından olan Kyeslovski haqqında bir kitabdır. Bir kinomatoqrafın əsərlərin maraq göstərməyinizə nə səbəb olmuşdur?
- Selincer kimi yazara ruhi bağlılığımı digər sahələrdə də genişləndirmək olar. Dünya kinosunun yaxşı filmlərini görməyə çalışıram və həmin filmə baxmalarda Kyeslovskiyə çatdım. Kyeslovski böyük kinomatoqraf olmaqdan əvvəl böyük mütəfəkkirdir. Mütəfəkkir bu mənada ki, varlığa və həyata baxışı çox dərindir. Təqribən onun bütün işlərini dəfələrlə görmüşəm və bu da onun haqqında yazılan kiçik bir əsəri tərcümə etməyimə səbəb oldu. 
 
- İran kinosunu necə qiymətləndirirsiniz?
- Fikrimcə, İran kinosu uzun illərdir ki, köhnəlib. Bu kinonun tam şəkildə qabığını dəyişməyə ehtiyacı vardır. Ya daha düzgün olar deyək ehtiyacı vardı. Çünki düşünürəm elə bir məqama çatmışdır ki, onun dirçəldilməsi mümkünsüz olmasa da, çox çətindir. Köhnə böyük kinomatoqraflar həmişə orta və ortadan aşağı əsərlərin istehsal edirlər. İran kinosunun korpusu üçüncü dərəcəli əsərlərin yenidən istehsalı halındadır. Kino tənqidçiləri sanki hər biri kinomatoqraflardan biri ilə qardaşlıq əhdi bağlamışlar, sevimli kinomatoqraflarının zəif və orta əsərlərinə sitayiş edərək, onların inkişaf yolunu ümumilikdə bağlamışlar. Belə bir vəziyyətdə "yaxşı” bir film istehsal olunanda kino əhli şadlıqdan elə fəryad qoparırlar ki, düşünürsən şah əsəri yaradılmışdır, amma filmə baxanda, ya onu müasir kinonun məşhur əsərlərindən biri ilə müqayisə edəndə təmiz ümidin ölür. Əlbəttə, bəzən bir qığılcımlar da var ki, İran kino səviyyəsindən yüksəkdirlər və hətta dünyanın yaxşı kinosu ilə müqayisə oluna bilərlər, "Dərin nəfəs "kimi. Amma bu tək qığılcımlarla İran kinosu nicat tapmır. Dünyada "Qaranlıqda rəqs edən (Lars fon Trier), ya "Gizli” (Mixael Haneke) ya "Qürubdan əvvəl”  və "Gün çıxandan əvvəl” (hər ikisi Riçard Linkliterin rejissorluğu ilə) filmləri istehsal olunduqca, İran kinosunu görə bilmirsən və mühakimə üçün o yaxşı filmləri zehnindən çıxara bilmirsən. İranda ildə təqribən yetmiş film istehsal olunur ki, onların yalnız beş faizini kino tənqidçilərinin özü tərifləyirlər. Üç-dörd filmdən ibarət olan o beş faizi görəndə adətən ümidsiz oluruq. 
 
- Bir yazıçı kimi güzəranınız necədir?
- Hər halda onun bir hissəsi şöhrət və sevilməkdir, amma bu, hansısa bir aktyor, idmançı və ya xanəndənin sevilməyindən fərqlidir. Oxucular sevimli yazıçılarını ona görə sevmirlər ki, film aktyoru kimi cazibədardır, ya səsi müğənni kimi gözəldir, ya da güclüdürlər. Oxucu bir yazıçını sevəndə düşünürəm ki, onun fikir və ruhuna vurulmuşdur. Əslində, ədəbiyyat yazıçı ilə oxucu arasında ruhi əlaqəni formalaşdırır. İkitərəfli əlaqə bəlkə ona görədir ki, oxucularla üzləşəndə və onlarla danışanda hiss edirəm uzun illərdir onları tanıyıram və onlar da uzun illərdir məni tanıyırlar. Həmin yaxınlıq hissləridir ki, məni öz əziyyət, eşq və uğursuzluqlarında şərik bilirlər. 
Amma xoşagələn hissəsi budur ki, sən düşünürsən ki, çoxlu-çoxlu dostların var və hiss edirsən ki, insanların çoxunda paylanmısan və bütün bunlar ədəbiyyatın köməyinə gəlmişdir. 

-Sizin oxucularınızla əlaqəniz necədir, onları görürsünüz?
- Əhvazda mənim həyatım daha sakitdir. Oxucuların çoxu məni tanıyırlar və ümumiyyətlə mənim həyat tərzim elə formadadır ki, çox dərnəklərdə görünmürəm. Amma Tehranda, xüsusilə mədəni mərkəzlərdə dərhal tanınıram. Oxucularımla ədəbiyyatdan çox, həyati çətinliklər haqqında danışmağa üstünlük verirəm. Bir şey ki, hər iki tərəfin diqqət mərkəzindədir. Ümumiyyətlə, düşünürəm oxucularım ya ədəbiyyata çatmamışlar və məsələləri ədəbiyyat deyil, ya ədəbiyyatdan keçmişlər. Yəni iztirabları elə mövzulardır ki, hekayələrimdə qoyulmuşdur, yaxud ədəbiyyat onlar üçün çox mühüm məsələnin qoyuluşu üçün vasitədir. 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2659
TRY 1 Türk lirəsi 0.4329
KWD 1 Küveyt dinarı 5.6292
SEK 1 İsveç kronu 0.2043
EUR 1 Avro 2.0123
CHF 1 İsveçrə frankı 1.7323
USD 1 ABŞ dolları 1.7002