• cümə, 19 Aprel, 06:05
  • Baku Bakı 13°C

“Saçım tamam tökülüb, amma səsim düzəlir” - Xalq artisti

06.03.14 10:39 1089
“Saçım tamam tökülüb, amma səsim düzəlir” - Xalq artisti
Bunu APA-ya açıqlamasında Azərbaycanın xalq artisti, məşhur aparıcı Rafiq Hüseynov deyib.
Onun sözlərinə görə, martın 5-də Türkiyədə ikinci kimyaterapiyanı qəbul edib: “Kimyaterapiyanın əsas fəsadı üç-dörd gün sonra olur. Ağrılar, narahatlıq əmələ gəlir. Hələ ki, səhhətim normaldır, özümü fəsadlara hazırlayıram”.
R.Hüseynov əlavə edib ki, 21 bir gün fasilə ilə iki kimyaterapiya qəbul etməlidir.
Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.
banner

Oxşar Xəbərlər