Sabunçudan Maştağayadək avtomobil yolunun təmiri başa çatıb

Sabunçudan Maştağayadək avtomobil yolunun təmiri başa çatıb

Cəmiyyət
25 Sentyabr 2012, 08:52 1142
Şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinədək olan hissəsində yenidənqurma işləri başa çatdırılıb. «Azəryolservis» ASC-dən verilən məlumata görə, uzunluğu 6,3 km olan yol 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarətdir: «Yol boyu zəruri olan ərazilərdə kommunikasiya xətləri dəyişdirilib, kommunikasiya quyularının beton örtükləri, baxış qapaqları yenisi ilə əvəzlənib, 3 laydan ibarət asfalt-beton örtük vurulub, xətlənmə işləri ilə yanaşı müxtəlif yol nişanı, o cümlədən istiqamət və məlumatverici lövhələr quraşdırılıb. Eyni zamanda, Zabrat dairəsindən Maştağa yol ötürücüsünədək olan hissə təmir olunub».
Qeyd edək ki, yolun əsaslı şəkildə yenidən qurulması Bakı şəhərinin Zabrat, Maştağa, Kürdəxanı, Pirşağı, Məhəmmədli qəsəbələrinin nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına və şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal gedişinə şərait yaradıb.