AZE | RUS | ENG |

Sabunçuda “ölüm döngəsi” REPORTAJ

Sabunçuda “ölüm döngəsi” REPORTAJ
Kiçik avtomobillər cərimə olunur, avtobuslara “göz yumulur”, piyadalar isə ölümlə üz-üzədir

“Hər yerə, Nəqliyyat Nazirliyinə, Nəqliyyat Departamentinə, Bakı şəhər İcra Hakimiyyətinə şikayətlər etmişik, ancaq heç bir xeyri yoxdur. Ümidimiz Allaha qalıb, Ona da ki, əlimiz çatmır”. Bu sözləri Sabunçu rayonun Şəhər şosesi döngə 1-5 ünvanının sakinləri deyirlər.

Redaksiyamıza daxil olan şikayət əsasında dünən sözügedən ünvana yollandıq. Orada gördüklərimizdən əvvəl sakinlərin probleminə diqqət edək. Bizə bildirilən şikayət bundan ibarətdir ki, Sabunçu-Zabrat yolu yenidən qurulandan sonra sakinlər əsas yolu keçə bilmirlər. Avtomobillə şəhərdən gələn sürücülər isə yolu dönməyə icazə olmadığından əlavə bir neçə kilometrlik məsafə qət etməli olurlar. Şəhərdən gələrkən yolun sol tərəfinə keçmək üçün düz gedib Zabrat dairəsindən dönməli olurlar. Problem təkcə bunlarla bitmir. Orada hökm sürən digər pozuntularını da özümüz görüb qeyd etdik.

Paytaxtın ən böyük magistral yolunun üzərində yerləşən Sabunçu körpüsünün qurtaracağında sözün əsl mənasında aləm dəyir bir-birinə. Həqiqətən də, şahidi olduq ki, bu yolda insanlar böyük təşviş içərisindədirlər. İş orasındadır ki, Sabunçu–Zabrat yolunun bu hissəsindən təkcə piyadalar şikayətçi deyil, avtomobil sürücüləri də radar və polis əlindən “cana gəliblər”. Belə ki, körpünün qurtaracağından sola dönmək üçün heç bir yol nişanı, yaxud işıqfor yoxdur. Bəlkə də qanunla heç olmamalıdır da. Amma, sakinlər hesab edirlər ki, bir az qabaqdan işıqfor qoymaq olar. Bu məsələnin bir tərəfi, o biri tərəfi isə həm piyadaları, həm də sürücüləri qıcıqlandırır. Ona görə ki, dönüb qayıtmaq üçün nəzərdə tutulmayan yolun bu hissəsindən dönməyə yalnız avtobuslara icazə verilib. Belə ki, qəsəbəyə işləyən marşrutlar heç bir problemsiz yolu geri dönüb qayıdırlar. Baxmayaraq ki, düz həmin yerdə video–kameralar da quraşdırılıb. İritutumlu avtobuslar isə həmin yolu dönərkən həm arxadan gələn, həm də qarşı tərəfdəki avtomobillərin hərəkətinə mane olur. Hətta, əraziyə nəzarət edən yol polisləri də onlara əhəmiyyət vermir.

Öz avtomobili ilə yol kənarında dayanan Rafiq dayı bizimlə söhbətində problemi belə şərh elədi: “Oğul, o yer qalmayıb ki, ərizə yazıb şikayət etməyək. Qanun hamı üçün qanundur. Avtobus dönürsə, digər maşınlar da dönsün. Burdan-bura getmək üçün məcburuq bir neçə kilometr qabağa gedək. Orada isə yolda polislər dayanır, dönmək olmur, beləcə düz Zabrata qədər gedib çıxırıq”.

Dayandur adlı başqa bir sakin isə dedi ki, bəzən kiçik avtomobillər də hərdən qaydaları pozaraq bu yoldan dönüb qayıdır. Amma onlar yuxarıdakı radara düşür. Bir neçə aydan sonra çağırıb cərimələyirlər: “Mənim qohumun indiyə qədər 39 dəfə buradan dönüb. Axırı o gün yol polisindən çağırıb deyiblər ki, hər dönüşə görə 80 (səksən) manat cərimə ödəməlisən. Bir zülmlə 500 manata canını qurtardı”.

Ərazidə apardığımız bir neçə dəqiqəlik müşahidələr zamanı deyilən problemlərin əyani şahidi olduq. Həqiqətən də sürücülərdən kimi danışdırdıqsa, hamısı eyni sözləri dedi. Bütün bu müddət ərzində isə piyadalar sürətli yolu o tərəf – bu tərəfə keçməkdə idi. Ətrafıma toplaşan sakinlərdən biri yolu keçənləri işarə edərək dedi ki, o gün bu yolda iki nəfəri avtomobil vurdu. Belə hadisələrin tez-tez olduğunu bildirdilər.
Piyadaların Şəhər şosesinin bu hissəsindəki yolda olan problemləri bununla bitmir. Digər məsələ isə burada dayanacağın olmamasıdır. Şəhərə gəlmək istəyən sakinlər iki yolun ayrıcındaca toplaşaraq avtobus gözləyirlər. Onların sözlərinə görə, bir çox hadisələr də məhz bu yerdə baş verir. Qeyd olunan “dayanacağ”ın şəklini çəkərkən bir oğlan yaxınlaşdı. Nə üçün şəkil çəkdiyimizi maraqlandı. Jurnalist olduğumuzu biləndə, sanki elə bizi gözləyirmiş kimi, mimikası dəyişdi. Onun da yuxarıda deyilən problemlərini dinlədik. Cavan oğlan dedi ki, əlac yalnız yolu kəsməyə qalıb: “Başqa əlac yoxdur. Hələ indi yolda adam azdır. Günün pik vaxtlarında daha çətin olur. Mən qorxumdan yolun o tərəfində düşəndə körpünün altından keçib o biri tərəflə evə gedirəm”.

Bu arada Dövlət Yol Polisinin əməkdaşı öz “BMW”si ilə yol kənarında dayanmışdı. Fürsətdir deyib, polis nəfərinə yaxınlaşdıq. Mövcud vəziyyətlə bağlı onun da fikirlərini ala bildik. Yola nəzarət edən polis isə dedi ki, bunlar bizim işimiz deyil: “Avtobus sürücüləri öz marşrutlarına uyğun olaraq, burada dönürlər. Biz buna qarışmırıq”.

Polis nəfəri tələsdiyindən bizimlə çox danışa bilmədi. Buna da “şükür” deyib, problemi də, sakinləri də tərk elədik. Ümid edək ki, problem də yaxın müddətdə sakinləri “tərk edəcək”.

Mövzuyla bağlı Nəqliyyat Nazirliyinin də mövqeyini öyrənmək istədik. Amma nazirliyin mətbuat xidmətinin əməkdaşı bildirdi ki, Namiq Həsənov işlə əlaqədar yerində deyil.

Elgün Mənsimov
REPORTAJ"> REPORTAJ"> REPORTAJ"> REPORTAJ">

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000